Marketinq Direktoru

  • Company
  • Elanın qoyulma tarixi: 05.07.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Marketinq Direktoru
 
İş təlimatları:

-  Şirkətin marketinq planlarının hazırlanması və icrası
-  Bazardakı rəqiblər barədə məlumatların yığılması və şirkət ilə müqayisəvi təhlilin aparılması
-  Mağazalarda xidmət səviyyəsinin yüksək olmasının təmin edilməsi
-  Mağazalarda "gizli müştəri" araşdırmalarını təşkil etmək
-  Daim olaraq yeni markaların aşkarlanması və şirkət rəhbərliyinə təqdim olunması
-  Önəmli sərgilərdə iştirak etmək
-  Marketinq və biznesin inkişafı şöbəsində çalışan bütün əməkdaşların işinə birbaşa rəhbərlik etmək
-  Partnyorlarla daim ünsiyyətdə olmaq və onlardan promo kampaniyaların keçirilməsi üçün dəstəyin əldə edilməsi
-  Şirkət və şirkət nəzrində fəaliyyət göstərən satış nöqtələri üçün müsbət imicin formalaşmasını təmin etmək
-  Reklam və ictimai əlaqələr sahəsində fəaliyyət göstərən şirkətlərlə işgüzar əməkdaşlıq yaratmaq
-  Xüsusi layihələrin, reklam və təbliğat xarakterli tədbirlərin təşkil edilməsi
-  Reklam kampaniyalarını və endirimləri hazırlamaq və icra etmək
-  Şirkətə məxsus bütün reklam avadanlıqlarının və materiallarının uçotunu aparmaq və onların səliqəli saxlanılmasına nəzarət etmək
-  Şirkətin yerləşdirdiyi zahiri reklamların (loqotiplərin, bilbordların və s.) daim işlək vəziyyətdə olmasını təmin etmək
-  Şirkətin veb-səhifəsini daim aktual saxlamaq və yeniləmək
-  Şirkətin veb-səhifəsinə daxil olan müraciətləri cavablandırmaq
-  Sosial şəbəkələrdə şirkəti layiqli təqdim etmək, istifadəçilərin müraciətlərini cavablandırmaq, səhifələri daim yeniləmək
 
Əmək haqqı: razılaşmaya əsasən
 
Tələblər:

-      Azərbaycan, rus və ingilis dillərində danışmaq və yazmaq qabiliyyəti
-      Ali təhsil (Marketinq sahəsində olan təhsilə üstünlük verilir)
 
E-mail: [email protected]