Yay Təcrübə Programı

  • Melissa Group
  • Elanın qoyulma tarixi: 04.07.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Melissa Group – Yay Təcrübə Programı

Proqramın mahiyyəti:

“Melissa Group” sosial yönümlü fəaliyyətinə uyğun olaraq gənclərlə 2017-cü ilin iyul və avqust ayları ərzində “Yay təcrübə proqramı” layihəsini həyata keçirəcəkdir. Təcrübə proqramı namizədlərin seçiminə görə 1, 2 və ya 3 ay davam edə bilər. Mərhələli dəyərləndirmələr nəticəsində seçiləcək tələbələr və məzunlar Şirkətimizdə satış və marketinq sahəsində təcrübə keçəcəklər. Təcrübəni uğurla keçənlər “MelissaGroup”da daimi işlə təmin olunacaqlar. 
 
Proqramın məqsədi:

Bu layihənin əsas məqsədi ali məktəblərin bakalavr və magistr pilləsindən məzun olanlar karyera imkanlarının yaradılmasıdır.

Namizədə olan tələblər:

İşgüzar, çalışqan, satış ruhuna malik, ali təhsilli, rus dili (mükəmməl), ingilis dili (arzulunan) bilən, xoş xarici görünüşlü yaşı 19-dan 25-dək olan tələbələr tələb olunur.
Mexanika, fizika, riyaziyyat, elektronika, memarlıq, inşaat və ya digər texniki sahələrdən məzun olanlara üstünlük veriləcək.
Təcrübə müddəti: iyul, avqust 2017.
Son müraciət tarixi: 16 iyul 2017-ci il

Təcrübəçiyə  aylıq yemək və yol pulu xərclərini qarşılayacaq paket veriləcək.

Müraciət etmək və ərizə formunu doldurmaq üçün aşağıdakı linklərdən istifadə etməyiniz xahiş olunur:
https://melissapark.az/tecrube-proqrami/
https://melissapark.az/vakansiyalar

İşəgötürənin reytinqi