CNC FREZ Ustası

  • Azertexnolayn
  • Elanın qoyulma tarixi: 02.07.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

CNC FREZ USTASI

Öhdəlikləri:

 Metal və qeyri-metal (MDF (ağac lifləri plitəsi), DSP (ağac yonqarı plitəsi) məmulatları kəsmək, əymək, formaya salmaq, tikmək, deşmək, oymaq, dəlmək, yiv açmaq üçün Rəqəmli Proqram İdarəetmə sistemlərini işə salmaq, istiqamətləndirmək və ya istismar etmək;
 Proqramı hazırlamaq, dəyişmək və ya ləğv etmək;
 Modelləri işləmək;
 Maşınların, materialların və məhsulların istismarı ilə bağlı yaranan problemləri həll etmək;
 Dəzgahlardakı uyğunlaşdırmaları və materiallara olan tələbləri müəyyən etmək məqsədilə işin texniki cizgilərini oxumaq;
 Verilmiş materiallar arasında seçim etmək və texniki cizgilərə uyğun onları emal etmək;
 Materiallardan səmərəli istifadə göstəricisini maksimum səviyyəyə çatdırmaq;
 Əl alətlərindən istifadə etməklə frezer, kəsici mexanizmlər, bıçaqlar, qayka açarlar və fırçalar kimi yeyilən hissələrini dəyişdirmək və maşını sazlamaq;
 Bölmə rəisinin göstəriş və tapşırıqlarını vaxtında və səmərəli şəkildə yerinə yetirmək.

Tələblər:

• CNC sistemi üçün kompüter proqramları (proqramlaşdırmanın əsasları);
• Auto Cad , Fanuc, Solidworks, Solid Cam programlarında işləmə bacarığı,
• Minimum 3 il iş təcrübəsi(müvafiq sahədə)

Vakansiya ilə marağlananlar  [email protected] elektron poçtuna CV göndərə bilərlər.