Mühəndis elektrik (Sumqayıt)

  • Elanın qoyulma tarixi: 29.06.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Mühəndis elektrik (Sumqayıt)

Vəzifə öhdəlikləri:

- Müəssisənin elektrik təchizatı sistemlərinin və onların qəzasız istismarının təşkili
- Elektrik verilişi və digər işlər üzrə layihələndirmə işlərinin həyata keçirilməsi
- Layihə sənədlərinə, Norma və Qaydalarına həmçinin də digər normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi
- Layihələrdə tələb olunan elektrik kabel, naqil və s. elektrik cihazlarının, qurğularınin seçilməsinin təşkili

Tələblər:

- Ixtisas üzrə ali təhsil
- Azərbaycan və rus dillərini bilmək mütləqdir, ingilis dilini bilənlərə üstünlük verilir
- MS Office proqramları üzrə biliklər
- Yaş həddi: 25 – 35 yaş
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi
- Fərdi və komandada işləmək bacarığı
- Dəqiq və sürətli işləmək bacarığı
- Sumqayıt qeydiyyatlı namizədlərə üstünlük verilir

İş qrafiki: 0900-1800, həftənin bazar ertəsi – cümə günləri
İstirahət günü: şənbə, bazar günləri

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər.

Qeyd: məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.