Satış Meneceri

İşin təsviri

SATIŞ MENECERİ

“İncəbelli” Dietologiya və Fitness Mərkəzi öz peşəkarları sıralarına aktiv, kreativ,kommunikativ, gülərüz satış meneceri axtarmaqdadır.
Əgər siz özünüzü aşağıda göstərilmiş kriteriyalara uyğun hesab edirsinizsə onda, “İncəbelli”nin kreativ, pozitiv və işini sevən kollektivinə qatılmaq şansı əldə edəcəksiniz.

Tələblər:
• Yaş 25-40;
• Xoş xarici görünüşlü;
• Kreativ ideyalı, pozitiv biri olmaq;
• Mövcud bazar üzrə bilikli, bazarın analizinin aparılması, satış strategiyasının qurulması bacarığına malik olmaq;
• Yeni tanışlıqlar qurmaq, istənilən bir insanla kommunikasiya yaratmaq;
• Prezentasiya etmək, danışıq aparmaq, inandırmaq qabiliyyətli olmaq;
• Satış hədəflərinə çatma bacarıqı;
• Satış motivasiyası, satışların planlaşdırılması;
• Azərbaycan və Rus dillərində səlis danışma qabiliyyətli;
• Gözəllik sağlamlıq satışları sahəsində ən azı 2 il iş təcrübəli olmaq;
• Microsoft office proqramlarında işləmək bacarıqlı (xüsusilə Excel, Power Point);
• Satış hesabatlarının tərtib edilməsində bacarıqlı olmaq.

Əgər, Siz yuxarıda sadalanmış səriştələrə özünüzü uyğun hesab edirsinizsə onda, CV-lərinizi [email protected]  mail ünvanına göndərməyinizi xahiş edirik.

*Qeyd etmək istərdik ki, vaxt məhdudiyyətimizi nəzərə alaraq biz yalnız kreativ, fotoşəkilli CV-lərə və yuxarıda qeyd edilmiş səriştələrə uyğun olan namizədlərlə əlaqə saxlayacağıq.
“İncəbelli” Dietologiya və Fitness Mərkəzi haqqında ətraflı məlumat üçün aşağıda göstərilmiş linkə daxil ola bilərsiniz.
www.incebelli.az

İncəbelli Dietologiya və Fitness Mərkəzi tərəfindən digər vakansiyalar