Korporativ Satış Mütəxəssisi

  • Collezione Italia
  • Elanın qoyulma tarixi: 10.07.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Collezione Italia Azərbaycanda vüsət alaraq geniş yayılmış sahələrindən biri kimi qəbul edilən lyuks inşaat məshullarının satışını təşkil edən nüfuzlu nümayəndələrindən birincisidir. Collezione Italia lyuks sektorunda fəaliyyət göstərərək müştərilərinə Avropanın ən nüfuzlu brendlərini idxal edərək xidmət göstərir.

Collezione Italia hazırda Korporativ Satış Mütəxəssisi vəzifəsi üzrə işçi qəbulu elan edir.

Namizədə dair əsas tələblər:

• Ali təhsil;
• Yaş: 25-40;
• Cins: qadın/kişi;
• Müvafiq vəzifədə ən azı 3 illik iş təcrübəsi (mebel, santexnika və ya ev interyeri şirkətləri arzu olunandır);
• Avropa brendlərinin satış seqmenti bazarını bilmək;
• Kataloqlarla iş təcrübəsi (texniki qiymət siyahısı);
• Ofis proqramlarını yüksək səviyyədə bilmək (Word, Excel, Power Point, Outlook);
• Şifahi və yazılı dil bilikləri: Azərbaycan (əla), rus (əla), ingilis (orta);
• Səlist  danışaraq təqdimatlar keçirmək bacarığı.

Əsas vəzifə və öhdəliklər:

• Bazarı araşdırararaq təhlil etmək;
• Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin yaraddılması;
• Mövcud müştərilərlə əlaqələrin saxlanılması və inkişafı;
• Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirilməsi;
• Yeni satış razılaşmalarının əldə olunması üçün potensial müştərilərlə görüşlərin keçirilməsi;
• İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
• Müştərilər üçün şirkətin məhsul və xidmətlərinin təqdimatlarını keçirmək, təkliflər vermək və müştərilər ilə razılaşdırmaq;
• Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsi;
• Təklif əsasında müqavilə və digər maliyyə sənədlərinin hazırlanaraq imzalatdırılması;
• Rəqib şirkətlərin fəaliyyətini və kampaniyaları haqqında məlumatların əldə edilməsi;
• Rəqib şirkətlərin bazar payının öyrənilməsi, araşdırılması və təhlilin aparılması;
• İşgüzar yazışmaların həyata keçirilməsi;
• Korporativ xidmətin yerinə yetirilməsinə və xidmət keyfiyyətinə nəzarət etmək;
• Müştəri etirazları ilə işləmək və bu etirazların həlli zamanı ortaya çıxan problemləri həll etmək.

Şərtlər:

• Rəqabət qabiliyyətli əmək haqqı;
• Peşəkar inkişaf və karyera yüksəlişi üzrə imkan və perspektivlər;
• Ödənişli əmək məzuniyyəti;
• İş məqsədləri üçün telefon kartı və danışıq limiti;
• Nahar yeməyi şirkət hesabına;
• 6 gün iş günü, bazar günü istirahət;
• İş qrafki: saat 10:00-dan 19:00-ra kimi;

Maraqlı namizədlərdən xahiş olunur ki, yalnız Azərbaycan dilində öz şəkilli CV-lərini və maaş gözləntilərini e-mailin mövzu hissəsində “Korporativ Satış Mütəxəssisi” sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.