Yay Təcrübə Proqramı

İşin təsviri

YALAMA AQROPARK MMC

Azərbaycan Respublikası │Xaçmaz rayonu │ Yalama qəsəbəsi

Yay təcrübə proqramı – Yalama Aqropark

Yalama qəsəbəsi, Xaçmaz rayonu

Yalama Aqropark haqqında

Xaçmaz Rayonu, Yalama qəsəbəsində yerləşən Yalama Aqropark Azərbaycanda və regionda ilk “Aqropark” olmaqla fəaliyyəti kənd təsərrüfatının bütün həlqəsini əhatə edən bir müəssisədir. Müəssisədə əkinçilik, yem istehsalı zavodu, müasir heyvandarlıq kompleksi mövcuddur.

Yay Təcrübə Proqramının məqsədi

Tələbə, təhsil müəssisələrini yeni bitirmiş gənclərin iş təcrübəsi qazanması və peşəkar bacarıqlarının inkişaf etdirə bilməsi məqsədilə Yalama Aqropark MMC 2017-ci il üçün “Yay təcrübə proqramı”nı elan edir. Yay təcrübə Proqramı Sizə öyrəndiklərinizi tətbiq etmək, müxtəlif sahələr üzrə yeni bilik və bacarıqlar əldə etmək və iş yerində dəyərli təcrübə qazanmaq imkanı yaradır.

Aşağıdakı sahələr üzrə təcrübə keçmək imkanı mövcuddur:

• Baytarlıq
• Aqronomiya
• Traktorçu-mexanizator
• Suvarma sistemləri operatoru
• Yemçilik və yem istehsalı
• İnsan resursları və kargüzarlıq
• Maliyyə və mühasibatlıq
• Tikinti və inşaat layihələri
• Elektrik mühəndisliyi

Şərtlər:

Yerləşmə yeri: Yalama qəsəbəsi, Xaçmaz rayonu

İş qrafiki:          Standart (5-6 günlük)

Müddət:           1-3 ay

Əlavə:      Gündə 3 dəfə yemək, yataqxana və nəqliyyat xərcləri şirkət tərəfindən qarşılanır

Qeyd: Təcrübə proqramı ödənişsizdir və Şirkət təcrübəçiləri mütləq qaydada işə götürmək öhdəliyi daşımır, Təcrübə Proqramını müvəffəqiyyətlə keçmiş əməkdaşlar işlə də təmin edilə bilər.

Müraciətlərinizi CV formasında aşağıdakı ünvana göndərməniz xahiş olunur:

E-mail: [email protected]

Suallarla bağlı: Tel: 012 310 04 31