Qiymətləndirmə üzrə Mütəxəssis

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 18.05.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DəmirBank ASC Qiymətləndirmə üzrə mütəxəssis vəzifəsinə işəqəbul elan edir.

28 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən peşəkar əməkdaşlarımızla ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• İşin icrası zamanı Bankın daxili siyasəti və prosedur qaydalarına müvafiq şəkildə riayət edir;
• Rəhbərlik tərəfindən həyata keçirilən iş bölgüsünə uyğun olaraq, qiymətləndirmə fəaliyyətini mərhələli şəkildə həyata keçirir;
• Bakı və regionlarda daşınar (avtomobil, yük maşını, tikinti texnikası, istehsal avadanlığı və s.) və daşınmaz əmlakın qiymətləndirilməsini həyata keçirir;
• Qiymətləndirmə predmetinə ilkin olaraq yerində hərtərəfli baxış keçirir, müvafiq qeydlərini aparır və obyektin fotoşəkillərini çəkir;
• Predmetin dəyərinin müəyyən olunması məqsədilə müvafiq bazarı araşdırır, şirkətin partnyorları ilə əlaqə saxlayaraq zəruri məlumatları əldə edir, dəyərin müəyyən olunması üçün uyğun metodu təyin edir və zəruri formullardan da istifadə etməklə yekun dəyəri müəyyən edir;
• Qiymətləndirmə predmetinin yekun dəyərinin maksimum dərəcədə reallığı əks etdirməsi məqsədilə bütün zəruri tədbirlərin görülməsini təmin edir;
• Qiymətləndirməyə dair hesabat layihəsini hazırlayır və rəhbərliyə təqdim edir;
• Rəhbərliyin verdiyi gündəlik tapşırıqların yerinə yetirilməsini təmin edir.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Qiymətləndirmə sahəsində minimum 1 il iş təcrübəsi olmalı;
• Yüksək təhlil bacarığa malik olmalı;
• Stres altında işləyə bilmə bacarığına sahib olmalı;
• Ünsiyyət, əlaqələrin qurulması üzrə yüksək keyfiyyətlətə malik olmalı;
• Rus dili bilikləri (üstünlük verilir).

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 22 may 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Qiymətləndirmə üzrə Mütəxəssis” göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.