Baytar Həkim

İşin təsviri

Baytar Həkim

Azərquşçuluq MMC Baytar Həkim vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, komandasının fəal üzvü kimi işləmək prosesində şirkətin  bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Namizədə tələblər:

• “Baytarlıq”üzrə Ali təhsil;
• Rus, türk dillərini bilmək; (İngilis dili arzuolunandır)
• İxtisas üzrə ən azı 3-5 illik iş təcürbəsinə malik olmaq;
• Kompyuter bilikləri və sərbəst işləmək bacarıqları;
• İş yeri Müşfiqabadda yerləşir.

Vəzifə öhdəlikləri

– Müəssisədə baytarlıq qaydalarının və baytar-sanitar normaların tətbiq olunmasını təmin etmək;
– Müəssisədə quşların xəstəliklərdən qorunmasını, normal inkişafını təmin edən tədbirlərin görülməsini təmin etmək;
– Quşların saxlanması, yemləndirilməsi və onlara qulluq edilməsində bütün işçilərin zoogigiyenik və baytarlıq qaydalarına əməl etməsinə nəzarət etmək;
– Quşçuluq sahəsində texnoloji proseslərin təkmilləşdirilməsinə dair tədbirlər planının hazırlanmasında iştirak etmək, quşlara qulluq edilməsi, saxlanması və yemləndirilməsində mütərəqqi metod və üsullardan istifadə etməklə  səmərəliliyin artırılmasına köməklik göstərmək;
– Elmin və qabaqcıl təcürbənin yeni nailiyyətlərini baytarlıq sahəsində daim tətbiq etmək;
– Quşların salamat saxlanması üçün müalicə-profilaktiki, baytar-sanitar və epizootiya əleyhinə tədbirlər planının  hazırlanmasında iştirak etmək, quşların yemləndirilməsi, saxlanması və qulluq edilməsində baytarlıq təlimatlarına işçilər tərəfindən əməl edilməsinə nəzarət etmək, baytarlıq tədbirləri aparılarakən quşların reaksiyasına nəzarət etmək;
– Quşların yetişdirilmə sahələrində, məhsul və xammal saxlanılan binalarda dezinfeksiya , dezinseksiya və deratizasiya işlərinin aparılmasını təşkil etmək və ona nəzarət etmək;
– Təsərrüfatda yemin və quşçuluq məhsullarının ekpertizasını aparmaq;
– Təsərrüfata daxil olan yemlərdən nümunə götürülməsində iştirak etmək, keyfiyyətsiz yemin səbəbini aydınlaşdırmaq, vaxtında bununla bağlı akt tərtib edib cavabdeh təşkilata göndərmək, və baş verə biləçək nəticə barədə tədbir görmək;
– Ona təhkim edilmiş sahədə proflaktiki tədbirlərin aparılmasını , eləcədə maşınların, avadanlıqların yuyulmasını və dezinfeksiya edilməsin təşkil etmək;
– Quşların qəbulu və quş damlarına yerləşdirilməsinə dair planların hazırlanmasında iştirak etmək;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 01.06.2017-ci il tarixinədək  [email protected] elektron ünvanına mövzu hissəsində  “Baytar” yazaraq göndərə bilərlər.