Baş Mühasib (Ağsu rayonu)

  • Süsən Aqro MMC
  • Elanın qoyulma tarixi: 14.05.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Süsən Aqro” MMC 2011-ci ilin iyun ayında təsis edilib. Şirkətin əsas məqsədi kənd təsərrüfatı sahəsində dünyada mövcud olan ən müasir yeniliklərin Azərbaycana gətirilməsi və nəticədə yüksək keyfiyyətli məhsulların əldə edilməsidir. Kənd təsərrüfatı məhsullarının yetişdirilməsi sahəsində fəaliyyət göstərən Şirkətin əkin sahələrində əsasən qarğıdalı, buğda və  arpa dəni, eləcə də, elit buğda və arpa toxumu yetişdirilir. Bununla yanaşı, Şirkət sifarişçinin istəyi ilə əraziyə uyğun olan istənilən növ məhsulun yüksək keyfiyyətlə yetişdirilməsi imkanlarına malikdir. “Süsən Aqro” MMC-ni digər oxşar fəaliyyət göstərən qurumlardan fərqləndirən əsas cəhət, istifadə edilən ən müasir texnika və texnologiyaların və eləcə də pivot svarma sisteminin tətbiqi hesabına maksimum məhsuldarlığın əldə edilməsidir.

Şirkət:            Süsən Aqro MMC

Vəzifə:           Baş Mühasib

İş yeri:           Ağsu rayonu, Gəgəli kəndinin qışlaq sahəsi

Maaş:                       1200-1500 AZN

Vəzifə öhdəlikləri:

• Vergi, Statistika hesabatı və DSMF hesabatlarının hazırlanması;
• Anbar sisteminin qurulması və nəzarəti;
• Kreditorlar və debitorlar ilə üzləşmələrin aparılması;

Vəzifəyə tələblər:

• Ali təhsil;
• Ən azı 3 il mühasib və 1 il baş mühasib kimi iş təcrübəsi;
• 25-35 yaş həddi;
• Rus və ingilis dillərini bilənlərə və eləcə də şəxsi minik vasitəsi olanlara üstünlük veriləcək;
• Mükəmməl Office proqramlarından istifadə etmə bacarıqları;
• 1C proqramının 8.2, 8.3 və ya 7.7 versiyasında işləmə bacarığı;
• Vergi məcəlləsini bilmək;

Xahiş olunur CV-lərinizi 31 May 2017-cı il tarixinədək e-poçtun “subject” hissəsində “Baş Mühasib” qeyd etməklə [email protected] adresinə göndərəsiniz.

Xahiş edirik, nəzərə alasınız ki, yalnız seçilən namizədlərlə əlaqə saxlanacaq.

Süsən Aqro MMC tərəfindən digər vakansiyalar