Logistika və gömrük işləri üzrə Menecer

  • AS Aqro Co
  • Elanın qoyulma tarixi: 09.05.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Logistika və gömrük işləri üzrə Menecer

İşin təsviri:

• Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq;
• Müqavilə şərtlərinin razılaşdırılması;
• Yeni logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması;
• Nəqliyyat dəyərinin haqq-hesabı(hesablanması) və təqdim edilməsi;
• Nəqliyyatın planlaşdırılması və sifarişi;
• İxrac layihələrinə nəzarət;
• Logistik məhsul dövrünün nəzarəti;
• Yerli və xarici ortaqlarla işgüzar yazışma, xarici (müqavilə, ərizə) və daxili  (müqavilələrin tərtibi və yoxlanılması daxil olmaqla) sənədlərlə iş.
• Bazar monitorinqi, audit şəraiti, bazanın idarəsi, yeni nəqliyyat şirkətlərinin və xarici iş ortaqlarının axtarışı;
• Nəqliyyat və gömrük sənədləri ilə iş; bütün zəruri icazələrin hazırlanması;
• Ödənişlərin planlaşdırılması və hesabatın formalaşdırılması;
• İddialar və şikayyətlərlə iş.

Namizədə qarşı tələblər:

• Multimodal nəqliyyat daşınması təcrübəsi;
• Logistika və ixrac əməliyyatları sahəsində 3 il iş təcrübəsi;
• Beynəlxalq nəqliyyat, xarici ticarət, INCOTERMS  xüsusiyyətlərini bilmə;
• Analitik düşünmə, tez qərar qəbul etmək qabiliyyəti;
• Təhsili: Ali təhsil, üstünlük logistika və xarici ticarət fəaliyyəti ilə bağlı (ВЭД) ;
• Dil bilikləri: Azərbaycan, Rus və İngilis dili;
• Kompüter bilikləri: MS Ofice, Outlook;
• Yaş: 25-35;
• Cinsi: Kişi;
• Komandada işləmək bacarığı, öyrənməyə və inkişafa meyilli, məsuliyyətli.

İş haqqında

• İş vaxtı: 09:00 – 18:00               
• İş günü:  I-V günlər
• İş yeri:  Hövsan qəsəbəsi, Südçülük sovxozu.
• İşə gedib gəlmək üçün servis xidməti nəzərdə tutulmuşdur.
• Əmək haqqı:  800 AZN.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected]  elektron ünvanına göndərə bilərlər.
CV göndərərkən əlavədə Logistika və gömrük işləri üzrə Menecer qeyd etməyiniz vacibdir, əks halda CV-yə baxılmır.