Brend Menecer
Vəzifə və öhdəliklər:
• Rəqiblərin, trendlərin, yeniliklərin və ümumiyyətlə bazar təhlilini aparmaq (Yerli və Beynəlxalq bazarlar)
• Markanın inkişaf etdirilməsi üzrə stradegiyanı hazırlamaq;
• Yeni məhsulları və ticarət nişanlarını sıfırdan hazırlayıb bazara çıxarmaq;
• Mövcud məhsulların uyğun olmayan parametrlərini müəyyən edib aidiyyatı bölmələr ilə həll edilərək istehlakçılar üçün yeni dəyərlər toplusunu yaratmaq;
• Markalar və məhsullar üzrə sıfırdan büdcənin tərtib olunması, gözlənilən mənfəətlilik və rentabelliyi izləmək;
• Portfelin qiymət siyasətini hazırlamaq və məhsulun satış şərtlərini müəyyən etmək;
• Müxtəlif marketinq tədbirlərini hazırlamaq və məhsulun satış şərtlərini müəyyən etmək;
• İstehsalçılar və podratçılar ilə işin koordinasiyası (Satınalma Şöbəsinin yönləndirilməsi);
• Tabeçiliyində olan işçilərin (Treyd Marketinq menecer və s.) işini koordinasiya etmək;
• Satış və istehsalat planlarını müvafiq bölmələr ilə birlikdə hazırlamaq və kordinasiya etmək;
• Məhsulun satış sxemini hazırlamaq (yeni satış bölmələrinin yaradılmasından mövcud satış kanalının optimallaşdırılmasına qədər)
Tələblər:
• Ali təhsil (Marketinq, iqtisadiyyat, menecment istiqamətləri üzrə)
• Bu sahədə minimum 3 il iş təcrübəsi (qida sahəsində təcrübənin olması üstünlükdür)
• Yüksək səviyyədə rus və ingilis dil bilikləri
• İnformasiya ilə işləmə bacarığı
• Yaş həddi: 28-45
• Digər: Komandada işləmək bacarığı, gülərüz, pozitiv, xoş görünüşlü, punktual, işinə və özünə qarşı tələbkar, məsuliyyətli.
• Ezamiyyətlərə açıq olmalı
Şərtlər:
• Tam iş günü, iş qrafiki I-V günlər, həftədə 2 gün istirahət;
• Şirkət hesabına nahar;
• Əmək haqqı razılaşma yolu ilə müəyyənləşdirilir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Brend Menecer” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.