Aqronom-Məsləhətçi

  • CNFA Azerbaijan
  • Elanın qoyulma tarixi: 04.04.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Quba-Xaçmaz zonasında Fındıqçılığa kömək məqsədilə layihə dizaynı üzrə məsləhətlərin verilməsi üçün Aqronom-məsləhətçi tələb olunur

CNFA şirkəti fındıq bağının idarə edilməsində təcrübəsi olan və Quba-Xaçmaz zonasında fındıqçı- fermerlər üçün təlim və layihələrin həyata keçirilməsində məsləhət xidmətləri göstərə biləcək ixtisaslı aqronom-məsləhətçi axtarır.

Aqronom-məsləhətçi minimum aşağıdakı tələblərə cavab verməlidir:

• Kənd təsərrüfatı sahəsində Bakalavr dərəcəsinə sahib olmalıdır;
• Fındığın becərilməsi üzrə dərin biliyə və 3-5 illik təcrübəyə malik olmalıdır;
• Torpaq və sahələrin müxtəlif becərmə sistemlərinə uyğun gübrələnməsi üzrə bilik və təcrübəyə malik olmalıdır;
• Fərdi və fermer qrupları üçün kənd təsərrüfatı üzrə təlimlərin təşkil edilməsi və keçirilməsi  bacarıqlarına malik olmalıdır;
• Müvafiq sahə/bağ alətlərinin istifadəsi üzrə bacarığa malik olmalıdır.

QEYD: Sürücülük vəsiqəsi və şəxsi avtomobili olanlara və Quba-Xaçmaz bölgəsində daimi yaşayan namizədlərə üstünlük veriləcək.

Maraqlanan şəxslərdən xahiş olunur ki, tərcümeyi-hal (CV) göndərməzdən qabaq vəzifə haqqında daha ətraflı məlumat əldə etmək və müraciət qaydalarını öyrənmək üçün 2017-ci il aprel ayının 14, saat 17:00 kimi  [email protected] elektron ünvanına müraciət etsinlər.

Tərcümeyi-hal (CV) və digər tələb olunan sənədləri 2017-ci aprel ayının 20, saat 17:00 kimi qeyd olunan elektron ünvanına göndərmək tələb olunur.