HR Manager

  • Karvan L
  • Elanın qoyulma tarixi: 03.04.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

HR Manager

İş barədə məlumat

- Kadr planlaşdırma
- Struktur bölmələrindən illik əməliyyat planına uyğun işçi ehtiyyaclarının alınması, İşçi ehtiyyaclarının konsolidasiyası, İllik kadr planının hazırlanması və təsdiqlənməsi

İşə qəbul
- Vakansiya ehtiyyacının müəyyənləşdirilməsi, informasiya bazalarının vasitəsilə işçinin axtarılması, seçilmiş namizədlərlə əlaqə saxlayaraq sınaq test və intervyulara dəvət olunması, işçi müsahibənin keçirilməsi
- Yeni işə qəbul olunmuş işçinin sənədləşdirilməsi, yeni işçinin istiqamətlənməsi
- Effektivliyin idarə olunması
- Performans qiymətləndirilməsinin aparılması, kompetentlik qiymətləndirilməsinin aparılması, nəticələrin konsolidə edilərək rəhbərliyə təqdim edilməsi

Daxili təlimlərin təşkili
- Təlim ehtiyyaclarının müəyyənləşdirilməsi, illik təlim planının hazırlanması, təlim təchizatçılarının seçilməsi, təlimlərin qiymətləndirilməsi və hesabatların hazırlanması, təlimlərin sənədləşdirilməsi
- Motivasiyanın idarə olunması
- Mükafatlandırma prosedurunun icrası, cəzalandırma və intizam tədbirlərinin görülməsi, məlumatların işçilərin şəxsi işlərinə işlənilməsi

Korporativ sosial tədbirlər
- Korporativ yığıncaq və əyləncələrin təşkili, məlumat lövhəsinin idarə olunması
- Kadr uçotu
- Əmək müqavilələrinin bağlanılması, xidmət müqavilələrinin bağlanılması, əmək kitabçalarının hazırlanması, sosial sığorta şəhadətnamələrinin doldurulması
- İşçi məlumatları qeydiyyatlarının aparılması, əmrlərin yazılması, arayışların və məktubların hazırlanması, məşğulluq və statistika hesabatlarının verilməsi
- İş vaxtının uçotu
- Gündəlik davamiyyətin qeydiyyatı, məzuniyyət, ezamiyyət, xəstəliklərin, icazələrin uçotu
- Aylıq tabelin hazırlanması, tabelin muhasibatlığa göndərilməsi
- Keyfiyyətin idarəolunması
- Şirkətin keyfiyyətin idarəolunması sisteminə uyğun fəaliyyətin aparılmasına nəzarət etmək
- Daxili auditlərin keçirilməsi

Namizədə tələblər

- Ali təhsil
- Rus(sərbəst), və ingilis dili biliyi
- 5 il iş təcrübəsi rəhbər kimi
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək
- 1C proqramını bilməsi üstünlükdür
- İşgüzar danışıqlar aparma qabiliyyəti
- Kommunikativ bacarığı, məsuliyyətlilik

- Əmək haqqı: 1000 – 1200 AZN

CV-ləri mövzu hissəsində İnsan Resursları üzrə Menecer göstərilməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olun.