Məzmun Redaktoru

İşin təsviri

“Digital Services” şirkətinə Məzmun Redaktoru tələb olunur.

Məzmun Redaktorun öhdəlikləri:

şirkətin məhsul/xidmətlərin məzmununu yeniləmək, tapşırılmış mövzular üzrə məzmunları toplamaq, yeni kontenti yaratmaq, redaktə etmək, azərbaycan dilinə yazılı tərcümələr etmək (əsasən rus dilindən), habelə yeni layihələr təklif etmək və onları hazırlamaq. 

Tələb olunan keyfiyyətlər:

• Ali təhsil (jurnalistika və filologiya təhsili olanlara üstünlük verilir)
• Dillər: azərbaycan (mükəmməl), rus (bu dildən sərbəst tərcümə səviyyəsində), ingilis (arzuolunandır)
• 1 ilə qədər iş təcrübəsi arzuolunandır
• Təşəbbüskarlıq
• Zamanını düzgün bölmə bacarığı
• Komanda ilə işləmə bacarığı
• Kompüterdə sürətli işləmə: MS Office

Şərtlər:

• İş rejimi: tam iş günü (həftədə 5 gün)
• Əmək haqqı: 400 AZN
• Tibbi sığorta

Vakansiyaya uyğun şəxslərdən CV-lərini 10.04.2017-ci il tarixinədək "Content editor-2017" başlığı (subject) ilə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.