Tərcüməçi - Freelancer

İşin təsviri

Tərcüməçi - Freelancer

Tərcümə Mərkəzi ştatdankənar şifahi və yazılı həmçinin notarial təsdiq üçün imza səlahiyyəti olan tərcüməçilər ilə bağlı vakansiya elan edir.

Əsas vəzifələr və öhdəliklər:

Tərcümə
• İngilis,Rus,İtalyan,İspan,İvrit,Çin,Yapon,Yunan,Türk,Fransız,Ərəb,Fars,Gürcü,Vyetnam, Alman və ya digər dillərdən keyfiyyətli tərcümələr etmək;
• Yüksək səviyyədə ardıcıl tərcümə etmək;
• Təcili sorğuların və son tarixlərin öhdəsindən gəlmək;
• Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqlarına malik olmaq;
• Düzgün və dəqiq çap etmə bacarıqlarına sahib olmaq;
• Menecer tərəfindən təqdim edilən sənədlərin düzgün tərcüməsini təmin etmək;
• Məlumatların məxfiliyini qorumaq məqsədilə etik qaydalara əməl etmək;

Redaktə
• Yazının ümumi keyfiyyətini yaxşılaşdırmaq məqsədilə sənədi yenidən nəzərdən keçirmək və dəyişmək;
• Zəruri hallarda cümlələri silmək və ya bütün paraqrafı yenidən yazmaq;
• Hər hansı aşkar səhvləri düzəltmək;
• Təcrübə və intuisiyadan istifadə etməklə tərcümənin mənalı olmasını təmin etmək və ikimənalı cümlələrə aydınlıq gətirmək;
• Sənədləri qeyd edilən səviyyələr üzrə redaktə etmək (Mövzu, ümumi struktur, paraqrafların strukturu, aydınlıq və stil)
Korrektə
• Orfoqrafiyanı, durğu işarələri səhvlərini və düzgün dil seçimini yoxlamaq;
• Tərcümə edilmiş sənədin yekun yoxlamasını təmin etmək;
• Səhifəarası boşluqları düzəltmək və sənədi format etmək.

Tələb olunan ixtisas, təcrübə və bilik:

• Dilçilik, beynəlxalq əlaqələr, iqtisadiyyat, tibb, texniki və ya hüquq sahələri üzrə Bakalavr/Magistr dərəcəsi;
• Beynəlxalq təşkilatlarda yazılı/şifahi tərcümə sahəsində ən az bir il təcrübə;
• Müvafiq bacarıqlar və praktiki bilik;
• Peşəkar şifahi və yazılı tərcümə üzrə bilik və bacarıqlar;
• Ardıcıl tərcümənin fundamental üsulları haqqında bilik və bacarıqlar;
• notarial təsdiqli tərcümələr üçün müvafiq dil bilikliləri barədə diplom, imza səlahiyyəti olanlara üstünlük veriləcək.

Ətraflı məlumat üçün qeyd olunan linkə daxil olun: https://goo.gl/5J2MfQ