İşə qəbul üzrə Mütəxəssis (Recruiter)

İşin təsviri

Vakansiyanın adı: İşə qəbul üzrə Mütəxəssis (Recruiter)

İnsan Resurslarını özünə peşə olaraq seçmiş və bu istiqamətdə karyera qurmaq arzusunda olan şəxslər Vision Şirkətlər Qrupumuzun İnsan Resursları Departamentində İşə qəbul mütəxəssisi vəzifəsinə işə dəvət olunurlar.

İş yeri: Vision Şirkətlər Qrupu

İş qrafiki: 9.00 - 18.00 (bir gün istirahət)

Əmək haqqı: İş təcrübəsindən asılı olaraq 400 - 600 AZN

Cinsi: kişi və ya qadın

İş barədə məlumat:

- Vakansiyaların təhlili, tələb olunan işçi sayının müəyyən edilməsi;
- Şirkətin işəqəbul proseduruna uyğun olaraq işin aparılması;
- Açıq vakansiyaların ciddi təhlili və təmin olunması, yenilənməsi;
- Müsahibələrin keçirilməsi və müsahibə qrafiklərinin yaradılması;
- Müvafiq testlərin hazırlanması və tətbiq olunması;
- Kadr bazasının hazırlanması və yenilənməsi;
- Vakansiya elanlarının müəyyən edilmiş saytlarda yerləşdirilməsi;
- Daxil olan CV - lərin qeydiyyatının aparılması və incələnməsi;
- Işə qəbul testlərinin və ilkin müsahibələrin keçirilməsi;
- İşə qəbul testlərinin keçirilməsi üçün sual bazasının yaradılması;
- Müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;
- Sınaq müddəti təyin edilməsi və izlənməsi;
- Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılması;     
- Aylıq HR hesabatın Və KPİ-ların hazırlanması (hazır forma);     
- İş elanlarını hazırlamaq və müxtəlif reklam-informasiya daşıyıcıları vasitəsilə məlumatın yayılmasını təmin etmək;
- Aşpazların işə qəbulu zamanı nümunə yemək hazırlatdırmaq və diqustasiya etmək.

Tələblər

• Menecment, iqtisadiyyat və ya ictimaiyyətlə əlaqələr sahəsində ali təhsil;
• Yaş aralığı 26-35;
• HR sahəsində iş təcrübəsi mütləqdir;
• Azərbaycan, rus dili (orta səviyyə) , ingilis dili (orta səviyyə);
• Microsoft Office: Yüksək səviyyədə;
• Effektiv əməkdaşlıq etmə bacarığı;
• Araşdırma qabiliyyəti yüksək olmalı;
• Yaradıcı və təşəbbüskar olmalı, mövcud iş fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verməyi bacarmalı;
• Ünsiyyət və gözəl nitq qabiliyyətinə malik olmalıdır.

İş qrafiki: həftədə 1 gün istirahət

İş yeri ünvanı:  28 may m yaxınlığı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “İşə Qəbul Mütəxəssisi” və ya “Recruiter” qeyd olunmalıdır)