Bölgə Müdiri (Göyçay)

  • İDC 2000 MMC
  • Elanın qoyulma tarixi: 13.03.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Bölgə Müdiri (Göyçay)

Namizədə tələblər:
 
- Ali təhsil
- 2-5 il həmin vəzifədə iş təcrübəsi
- Ərazi biliyi
- İdarəetmə qabiliyyəti
- MS Office Proqramları biliyi

Ümumi müddəalar

Tabeliyində olan satış nümayəndələrinin və sürücü-ekspeditorların (tabeliyinə verilmiş və s. şəxslərin) fəaliyyətinə rəhbərlik etmək
Bölgə müdiri vəzifəsinə təyin olunması  və  azad olunması müəssisənin rəhbərinin əmri ilə həyata keçirilir.
Bölgə müdiri bilavasitə rayonlar üzrə satış müdirinə tabedir. 
Bölgə müdiri  vəzifəsinə ali iqtisadi-texniki təhsilli və müvafiq sahədə ən az 2 il  iş təcrübəsi olan şəxs təyin edilir.
Bölgə müdiri  olmadıqda onun vəzifəsinin icrası digər Bölgə müdiriə həvalə olunur.
 
Vəzifələri:

1. Bölgə müdiri  işlədiyi zonada ticarət  nöqtələrinə  idarəçiliyində olan qüvvə və vasitələrlə  (maşın, satış nümayəndəsi) verilən məhsulun optimal şəkildə yerləşdirilməsi işini idarə edən, həmin zonada fəaliyyət göstərən  məsul  şəxsdir.
2. Bölgə müdiri zonasındakı  potensial nöqtə sayını, aktiv nöqtə sayını və aktiv nöqtələrin kateqoriyaya  görə təsnifat sayını, tabeliyində olansatış nümayəndələri tərəfindən edilən effektiv vizit sayını bilməlidir.
3. Bölgə müdiri ona tabe olan işçilərin maaş sistemini və maaş kriteriyalarını bilməli və işçilərinə bu kriteriyaları izah etməlidir.
4. Bölgə müdiri tabeliyində olan satış nümayəndələri, sürücü-ekspeditorların vəzifə təlimatlarını, onların vəzifə funksiyalarını bilməlidir.
5. Bölgə müdiri ticarət nöqtələri ilə müqavilələrin bağlanmasını və şirkətin baş mühasibinə təhvil verilməsini  təmin edir;
6. Bölgə müdiri verilən satış, distribyusiya hədəflərini realizə etməkdən başqa işçilərinin  kəsirlərinin yaranmaması üçün lazımi  tədbirləri görmək və bunları həyata kecirməyə görə maddi-məsul şəxs kimi məsuliyyət daşıyır. Zonasının  aylıq konsiqnasiya borc miqdarını, bu miqdarın artıb-azaldığını təqib etməli və uzun müddət ödəniş etməyən müştərilərin barəsində zəruri tədbirlərin görülməsini (rəhbərliyə, o cümlədən hüquq şöbəsinə məlumat vermək və s.)  lazımi tədbirləri görməlidir.
7. Tabeliyində olan satış nümayəndələrinin bütün fəaliyyətlərinə, o cümlədən ticarət nöqtələri tərəfindən sifariş edilmiş malların anbardan qəbul edilməsinə,  distribyusiyaya, “Must list” –in tələblərinə riayət edilməsinə, ticarət nöqtələrinə baş çəkmələrin (vizitlərin) effektivliyinə, rut qrafikinə əməl olunmasına, aksiyaların keçirilməsi zamanı müəyyən edilmiş qaydalara riayət edilməsinə və bununla bağlı hesabatların düzgün tərtib edilməsinə, konsiqna borcuna və vaxtı  gecmis borclarin yığılmasına, ticarət nöqtələrinə verilmiş soyuducuların mövcudluğunu və təyinatı üzrə düzgün istifadə edilməsinə, süd bölməsi üzrə müştərilər tərəfindən ona təhvil  verilən taraların (yeşiklərin) anbara qaytarılmasına, mallar ticarət nöqtələrindən hər hansı bir səbəbdən geri qaytarılarkən müəyyən edilmiş limitə riayət edilməsinə nəzarətlə bağlı fəaliyyətlərinə görə məsuliyyət daşıyır.
8. Supervayzer/Bölgə müdiri tabeliyində olan satış nümayəndələri, sürücü-ekspeditorlar tərəfindən onun (Bölgə müdiriin ) göstərişlərini vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarəti həyata keçirir.
9. Bölgə müdiri tabeliyində olan satış nümayəndələri tərəfindən onlara aid olmayan bölmə üzrə malların müştərilərdən götürülüb şirkətə qaytarılması halarına yol verilməməsinə məsuldur. 

Məsuliyyəti

1. Tabeliyində olan işçilərin öz vəzifə funksiyalarının dəqiq yerinə yetirilməsinə
2. Ona verilmiş ərazidə məhsulların distribyusiyasının, satış və ödəniş planlarının yerinə yrtirilməsinə, maliyyə-uçot sisteminin aparılmasına, ödənişlərin yığılaraq həmin gün xəzinəyə ödənilməsinə
3. Təlimat əsasında vəzifə borclarını lazımi qaydada və yaxud yerinə yetirməməyə görə  - Azərbaycan Respublikasının qüvvədə olan Əmək Qanunvericiliyi ilə müəyyən edilmiş
4. Öz fəaliyyəti zamanı yol verdiyi qanun pozuntularına görə - Azərbaycan Respublikasının qüvvədə olan İnzibati, Cinayət və Mülki Qanunvericilikləri ilə müəyyən edilmiş həddə əsasən

Müəssisəyə maddi zərər vurduğuna görə - Azərbaycan Respublikasının qüvvədə olan Qanunvericiliyi ilə müəyyən edilmiş həddə əsasən

Maraqlanan şəxslərdən, mövzu yerində “Bölgə Müdiri (Göyçay)” qeyd etməklə CV-lərini [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.

İDC 2000 MMC tərəfindən digər vakansiyalar