Texniki ofis Mütəxəssisi (inşaat)

  • Ramco MMC
  • Elanın qoyulma tarixi: 22.02.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşəgötürən: Ramco MMC

Vəzifə: Texniki ofis Mütəxəssisi (inşaat)

Əmək haqqı: Namizədin bilik və bacarıqlarına görə təyin olunacaqdır

Tələblər:

- Ali təhsil(İnşaat mühəndisliyi);
- Yol, Mülki və Sənaye obyektlərinin tikintisi üzrə rəhbər vəzifəsində ən azı 3 il iş təcrübəsi;
- Hidrotexniki qurğuların tikintisi üzrə iş təcrübəsi arzuolunandır;
- Dil bilikləri: İngilis dili arzuolunandır;
- Başlanğıc səviyyədə layihə idarəetmə bacarığı;
- Qüvvədə olan tikinti normativləri ilə tanışlıq;
- Kompüter bilikləri:  - MS Office proqramları və AutoCad(irəli səviyyədə)
- Planlaşdırma və büdcə hesablaması üzrə proqram bilikləri(Primavera,MS Project, Smeta plus, vs);
- Cinsiyyət: Ancaq kişi namizədlər üçün nəzərdə tutulmuşdur;
- Sürücülük vəsiqəsi: B;

İşin təsviri:

- Layihə sənədlərinin analizi;
- Tikinti quraşdırma işlərinin planlaşdırılması və işlərin reqlamentinin hazırlanması;
- Plana uyğun olaraq işlərin gedişatına nəzarət etmək;
- Layihə dəyişikliyi ilə bağlı texniki heyətdə iştirak etmək;
-Tikinti Quraşdırma İşlərinin Planına əsasən ehtiyac duyulan material, maşın-mexanizm və insan resurslarının hesablanması;
- Təyin edilmiş resurslara əsasən maya dəyərinin hesabatı;
- Yerinə yetirilmiş işlər üzrə material resurslarının texniki hesabatının tərtib edilməsi;
- Əlavə tələb olunan həftəlik və aylıq hesabatların hazırlanması.

İş qrafiki:

- Bazar ertəsi – Şənbə:  9:00  - 18:00

İş yeri Xırdalanda yerləşir. Vakansiya ilə maraqlanan namizədlər mövzu yerində “Texniki ofis Mütəxəssisi”  yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.