Məhkəmə oqranları ilə iş şöbəsinə - Köməkçisi

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 14.02.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DəmirBank ASC Problemli Kreditlərin Hüquqi Tənzimlənməsi Departamentinin Məhkəmə orqanları ilə iş şöbəsi üçün köməkçisi vəzifəsinə işəqəbul elan edir (3 aylıq müqavilə müddəti ilə).

27 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• İnzibati işləri təşkil etmək;
• Departamentə daxil olan sorğuların cavablandırılmasını təmin etmək məqsədi ilə muvafiq cavablar hazırlayaraq şöbə müdirinə təqdim etmək;
• Şöbəyə daxil olan və şöbədən xaric olan sənədləri qeydiyyata almaq;
• Struktur bölmələrlə (filiallar, departamentlər və s.) koordinasiya etmək və sənəd dövriyyəsini aparmaq.

Namizədə qarşı tələblər:

• Ali təhsil (hüquqi təhsil üstünlükdür);
• Stres altında işləməyi bacarmalı;
• Məsulliyyətlilik, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər 19 fevral 2017-ci il tarixinədək öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Məhkəmə oqranları ilə iş şöbəsinə - köməkçisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.