Layihə Koordinatorunun elektron məhkəmə məsələləri üzrə Köməkçisi

İşin təsviri

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Dünya Bankı tərəfindən həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi çərçivəsində layihə koordinatorunun elektron məhkəmə məsələləri üzrə köməkçisi vəzifəsi üzrə

MÜSABİQƏ ELAN EDİLİR

• Hüquq sahəsində ali təhsil;
• Məhkəmə sistemi daxil olmaqla müvafiq sahədə ən azı 5 illik iş təcrübəsi;
• Azərbaycan dilində səlis danışıq bacarığı;
• Kompüter bilikləri, MS Ofis və oxşar proqram təminatı ilə iş bacarığı.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan və İngilis dillərində tərcümeyi-hallarını (CV) aşağıdakı elektron ünvana təqdim etməlidirlər: [email protected]

Maraqların ifadəsi üzrə bildiriş  D/15.1-MX. Sənədlər cari ilin fevral ayının 24-ü saat 18:00-dək qəbul edilir.