İşəgötürən: “Orion O and M” MMC
Vəzifə: Mexanika Mütəxəssisi
Namizədə aid tələblər:
- 25-35 yaş aralığında olan kişi namizədlər;
- Həqiqi hərbi xidmət öhdəliyi olmayan şəxslər;
- Təhsil: ali (texniki sahə);
- İş stajı : müvafiq sahədə ən azı 3-5 il;
- Dil bilikləri: Azərbaycan və Türk dilləri mükəmməl səviyyədə, Rus və İngilis dilləri arzuolunandır;
- Kompüter bilikləri: MS Office, AutoCAD arzuolunandır;
- Mexanika çertyojları və sxemlərinin oxunuşu və tətbiqi üzrə biliklər və təcrübə;
- Mexaniki avadanlıqlar, cihazlar və qurğuların texniki-istismar xarakteristikası, konstruktiv xüsusiyyətləri və texniki istismarı qaydaları sahəsində biliklər və təcrübə;
- Mexaniki avtomatlaşdırma texnologiyaları sahəsində biliklər və təcrübə;
- Kommunikasiya və müştəri məmnuniyyətinin təmin edilməsi bacarıqları;
- Komanda idarəetməsi üzrə bacarıqları;
Vəzifə öhdəlikləri:
- Mexaniki avadanlıqlar, cihazları və qurğuların saz, zədəsiz və işlək vəziyyətdə olmasına, onların texniki normalar və texniki şərtlərə uyğun qaydada istismarı, həmçinin onlara dövri texniki qulluq göstərilməsi və profilaktik tədbirlər görülməsi işlərinin təşkili;
- Mexaniki avadanlıqlar, cihazlar və qurğulara, ehtiyyat hissələrinə, təmir işlərinə və başqa texniki prosedurlara dair tələbnamələrin hazırlanması;
- Quraşdırma, sınaq və təhvil işlərində, həmçinin texniki həllərin işlənib hazırlanmasında iştirak edilməsi;
- Tabeçiliyində olan fəhlə heyəti üçün gündəlik funksiyalarının müəyyən edilməsi, onların yerinə yetirilməsinə, əmək intizamı qaydalarına riayət olunmasına, eləcə də materialların qənaətlə istifadəsinə nəzarət edilməsi, görülmüş işlərin uçotunun aparılması.
İş şərtləri:
- İş saatları: həftəiçi 09:00-18:00
- İstirahət günü: Bazar günü
- Nahar şirkət tərəfindən təmin edilir
- Əmək haqqı: 1500-1800 AZN
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində göstərməyiniz xahiş olunur. Əks təqdirdə həmin müraciətlərə baxılmayacaqdır.