Satış Departamentinin Direktoru

İşin təsviri

"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi aparıcı dünya istehsalçılarının keyfiyyətli və geniş çeşidli məhsullarını təqdim edir. Mağazalarımızın müştərilərinə audio-video və rəqəmsal texnikanın, iri və xırda məişət texnikasının iki mindən çox növünü təqdim edirik. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə

"Optimal Elektronika" Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur.
 
"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vəzifə: Satış Departamentinin Direktoru

Departament / şöbə: Satış Departamenti

Əsas vəzifə və öhdəliklər

• Satış departamentinin iş prinsiplərinə uyğun olaraq struktur bölmənin işini təşkil etmək;
• Rəqiblərin, trendlərin və bazarda baş verən yeniliklərin təqib edilməsi; analiz edilməsi və nəticələrin rəhbərliyə təqdim olunması;
• Mağazaların satış planının icrasına nəzarət etmək və yaranacaq problemlərin aradan qaldırılmasını təmin etmək;
• Kooperativ müştərilərin cəlb edilməsi və satışın artırılması məqsədilə yeni təkliflər vermək;
• Departament işçilərinin vəzifələrinin keyfiyyətli və vaxtlı-vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
• Satış komandasına tətbiq olunan öhdəlik və tapşırıqların həyata keçirilməsi üçün işçilərin  bu istiqamətdə təlimatlandırılmasını və yönəldilməsini təmin etmək;
• Struktur bölmənin işçilərinin işinin qiymətləndirməsini aparmaq;
• Satış ilə əlaqədar qərarlar qəbul etmək və ya qərarların verilməsi prosesində iştirak etmək;
• Satış Departamentinin tabeçiliyində olan əməkdaşların, Cəmiyyətin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət etmələrini təmin etməlidir.

Namizədə dair tələblər

• İqtisadiyyat və İdarəetmə, Biznes və Marketinq sahəsində ali təhsil;
• 25-40 yaş həddi;
• Minimum 5 il satış sahəsində (2 ili rəhbər vəzifədə olmaqla) iş təcrübəsi (Pərakəndə ticarət şirkətlərində müvafiq vəzifədə təcrübəsi olanlara üstünlük veriləcək) olmalı;
• Satış texnikalarını yaxşı bilməli, müştəri yönümlü və satışa meyilli olmalı;
• Güclü liderlik keyfiyyətlərinə sahib olmalı və kollektivlə işləməyi bacarmalı;
• Kooperativ idarəetmənin üsul və tətbiqi qaydalarını bilməli;
• Analitik təhlil qabiliyyətinə sahib olmalı;
• MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
• Azərbaycan, rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;
• İşgüzar ünsiyyət və danışıqlar aparılması, kollektiv idarə etmə bacarıqlarının olması;
• Ezamiyyətlərə getmə imkanı olmalıdır.

İş şərtləri

• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
• Korporativ nömrə və danışıq vaxtı və nahar şirkət tərəfindən təmin edilir.

Müraciət üçün son tarix: 24/02/2017

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Satış Departamentinin Direktoru” qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi