Ofisiant

İşin təsviri

VƏZİFƏ: Ofisiant (Qadın / Kişi)

DEPARTAMENT: Food and Beverage

HESABAT: Food and Beverage Manager

Vəzifə və Məsuliyyətlər

- Qonaqların nəzakətlə və gülərüzlə qarşılanması
- Səhər yeməyindən etibarən Restoran, Kafe və Mövsümi Açıq Restoranın səliqəsi, təmiz saxlanılması
- Masaların, örtü və qabların, yemək setlərinin, salfetkalarının təmiz səliqəli saxlanması, qorunması və yoxlanılması, restaronin ümum təmizlik işlərinə nəzarət
- Menyuların öyrənilməsi, qonaqlara təklif edilən əsas və mövsümi yemək, içki menyuların mənimsənməsi
- Qonaqlara menyu seçimində kömək etmək, ətraflı məlumat vermək, fərdi xidmət göstərmək
- Sifarişlərin götürülməsi
- Qonaqpərvər atmosferin yaradılması (qonaqlarla münasibət, mimika, xarici görünüş)
- Hesabın çatdırılması
- Sanitar normalara əməl etmək

Ümumi tələblər

- Orta təhsil
- İş təcrübəsi: Minimum 2 il
- Yaş həddi: 22-30

Bilik və təcrübə

- Dil bilikləri:  Azərbaycan dili, rus dili əla səviyyədə, İngilis dili mütləqdir
- Restoran sistemlərində işləmə bacarığı (R-Keeper)
- Məsuliyyətli, komanda şəraitində işləmə bacarığı
- Düzgün ünsiyyət qurmaq bacarığı, gülərüz, baxımlı olmalı

İş şəraiti:

- İş saatı: 9-10 saatlıq növbəli( shift)
- İki çay fasiləsi və Nahar
- Transport şirkət tərəfindən təmin edilir
- Vaxtaşırı kariyera yüksəlişi
- Mütamadi treyninqlər və personalın təkminləşdirilməsi sahəsində SOP seminarlar
- Əmək haqqı: 450- 500 AZN

Cv-ləri [email protected] ünvanına mövzu yerinə "Ofisiant" yazmaqla göndərin.