Sürücü (BCDE)
İş haqqında məlumat
- Yüklü və qoşqulu avtomobillərin (TİR) idarəedilməsi;
- Yüklərin təyinat məntəqəsinə (Bakı daxili, bölgələrə və ölkə xarici şəhərlərə) təhlükəsiz, əskiksiz, sağlam şəkildə və müəyyən edilmiş vaxtlarda çatdırılması;
- Ölkə xarici səfərlərə ezamla bağlı çətinliyin olmaması;
- Nəqliyyat vasitəsinə lazımi qulluğun göstərilməsi və təmiz olmasının təmin edilməsi;
- İdarə etdiyi nəqliyyat vasitəsinin texniki sazlığına nəzarət edilməsi və ehtimal edilən hər bir texniki nasazlıq haqqında lazımi tədbirlərin görülməsi və həmin nasazlığın aradan qaldırılması.
Ümumi məlumatlar
- Ən azı orta təhsilli olmalı;
- 25-50 yaş aralığında kişi namizədlər;
- BCDE kateqoriyalı sürücülük vəsiqəsi olmalı;
- Yol hərəkəti qaydalarını və yol xəritəsini yaxşı bilməli;
- Ən az 3 il sürücülük təcrübəsi olmalı;
- Ölkə xarici yükdaşımalara görə xarici pasport tələb olunur.
İş şərtləri
6 günlük iş qrafiki
İş yeri: Xırdalan şəh.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Sürücü (BCDE)”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.