Əmək məcəlləsi və kadr sənədləşməsinin aparılması üzrə Təlim

İşin təsviri

Əmək məcəlləsi və kadr sənədləşməsinin aparılması üzrə Təlim
 
Consulting Group şirkəti ƏMƏK MƏCƏLLƏSİ VƏ KADR SƏNƏDLƏŞMƏSININ APARILMASI ÜZRƏ hazırlıq təlimlərinin keçiriləcəyini elan edir.

Təlimin məqsədi

əmək qanunvericiliyinin, kargüzarlığın, kadrlar şöbəsinin işinin təşkili üçün lazım olan bilik və bacarıqların, həmçinin yoxlama zamanı yoxlayıcı orqanın və müəssisənin hüquq və vəzifələrinin izah olunması və təkmilləşdirilməsidir. Təlimi uğurla bitirərək yekun imtahanda 85% nəticə göstərən iştirakçılar sertifikatla təmin olunacaqlar.

Təlim kadrlar və əmək qanunvericiliyi sahəsi üzrə müəyyən qədər biliyi olan mütəxəssislər və bu sahəyə yeni başlamaq niyyəti olanlar üçün nəzərdə tutulmuşdur.

Müddəti: 03.12.2016 – 07.01.2017. Cəmi 18 saat

Saat: 10:00 – 13:30 Şənbə günü

Təlimdə keyfiyyətə nail olmaq üçün iştirakçıların maksimum sayı 12 nəfər müəyyən olunmuşdur.

Qiymət: Təlim 180 manata təqdim olunur.
Dil: Azərbaycan

Təlim qiymətinə əlavə olaraq daxil edilir: imtahan, çay və kofe üçün fasilə.

Təlimçi barədə məlumat:

Təlimçi Anar müəllimin neft-qaz, telekommunikasiya, ictimai iaşə, ticarət, tibb, təhsil, mebel və digər istehsalat və xidmət sahələri üzrə fəaliyyət göstərən müəssisələr ilə geniş iş təcrübəsi vardır.

Qeydiyyatdan keçmək, daha ətraflı məlumat əldə etmək və başqa təlimlər barədə də məlumat almaq üçün aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlaya bilərsiniz.

Telefon: (+994 12) 465 75 15
Email: [email protected]
Sayt: www.consultinggroup.az
https://www.facebook.com/CGBaku/
 
MƏLUMAT SAATI:

Təlimdə əhatə olunacaq mövzular barədə ətraflı məlumat almaq, təlimi aparacaq müəllimi tanımaq və suallarınızı vermək üçün sizi 25 noyabr 2016-cı il tarixdə saat 17:00 - 18:30 arası məlumat saatında iştirak etməyə dəvət edirik. Yerlərin sayı məhdud olduğundan tədbirdə iştirak üçün əvvəlcədən qeydiyyata düşmək tələb olunur. Qeydiyyata düşmək üçün ad, familiyanızı və əlaqə nömrənizi Facebook mesaj xidmətindən istifadə etməklə bizə göndərməyiniz xahiş olunur.