Müəllim

İşin təsviri

Qərb Universitetində müəllim vəzifələri üzrə müsabiqə aşağıdakı istiqamətlərdə aparılır:

• Politologiya və beynəlxalq münasibətlər;
• Hüquq və humanitar fənnlər;
• İqtisadiyyat, marketinq və menecment;
• Riyaziyyat və kompyuter texnologiyaları;
• Dizayn (sahələr üzrə);
• Dil hazırlığı (Azərbaycan, ingilis, fransız, alman);
• İngilis dili filologiyası.

Namizədlərə tələblər:

• Minimum magistr dərəcəsi;
• Ali məktəblərdə iş təcrübəsi (tam ştatlı müəllimlər üçün);
• Tədris ediləcək fənn və ya fənnlərin əsaslarını dərindən bilmək;
• Mükəmməl yazılı və şifahi ünsiyyət qabiliyyəti;
• İngilis, rus dillərini bilməsi arzu olunandır.

Qeyd: Məvacib müəllimlərin təcrübələrinə və dərs yükünə müvafiq olaraq müəyyənləşdiriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər mövzu yerinə müraciət etdiyi vakansiyanın adını yazmaqla CV-lərini [email protected] ünvanına göndərə və ya Qərb Universitetinə təqdim edə bilərlər.

Ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət 27

Telefon: 012-497-01-14;  050-999-19-91;

Western University tərəfindən digər vakansiyalar