Dekan

İşin təsviri

Qərb universiteti dekan vəzifəsini tutmaq üçün müsabiqə elan edir

Ölkənin ilk özəl universitetlərindən biri olan Qərb universiteti inkişafının davamlılığını təmin etmək istiqamətində fəaliyyətlərini uğurla davam etdirir. Universitet tədrisin keyfiyyətinə istiqamətlənmiş tədbirlər çərçivəsində aşağıdakı əsaslarla dekan və müəllim vəzifələri üzrə müsabiqə elan edir:

• İşgüzar-inzibatçılıq fakültəsi dekanı;
• Yüksək texnologiyalar və innovativ mühəndislik fakültəsi dekanı;
• Magistratura və doktorantura departamenti rəhbəri.

Namizədlərə tələblər:

• Boloniya kredit təhsil sisteminə uyğun tədris idarəetməsi bacarıqları;
• Elmi dərəcəsi olan və ya hazırda doktorantura (dissertantura) pilləsində təhsillərini davam edənlər;
• Müvafiq iş təcrübəsi;
• Dil (Azərbaycan, ingilis və rus) və İKT bacarıqları;
• Müəllim və tyutorlarla işləmə bacarığı.

Qeyd: Məvacib namizədin təcrübə və qabiliyyətlərinə müvafiq olaraq müəyyənləşdiriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər mövzu yerinə müraciət etdiyi vakansiyanın adını yazmaqla CV-lərini [email protected] ünvanına göndərə və ya Qərb Universitetinə təqdim edə bilərlər.

Ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət 27

Telefon: 012-497-01-14;  050-999-19-91;

Western University tərəfindən digər vakansiyalar