Sosial təhlükəsizlik məsələləri üzrə Mütəxəssis

İşin təsviri

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dünya Bankı ilə birgə həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi çərçivəsində sosial təhlükəsizlik məsələləri üzrə mütəxəssis vəzifəsi üzrə
MÜSABİQƏ ELAN EDİR

Namizəd aşağıdakı tələblərə cavab verməlidir:

• Sosial elmlər, sosiologiya, sosial iş və ya digər əlaqədar sahədə ali təhsil;
• Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi;
• Layihələrdə sosial dayanıqlılıq, gender həssaslığı, həssas qrupların sosial inteqrasiyası, maraqlı tərəflərlə məsləhətləşmə, vətəndaşların iştirakı və şikayətlərə baxılması və onların həll edilməsi sahəsində iş təcrübəsi;
• Sosial təhlilin hazırlanması və aparılması, o cümlədən keyfiyyət üzrə tədqiqat metodologiyaları sahəsində geniş təcrübə;
• Beynəlxalq maliyyə qurumlarının sosial təhlükəsizlik siyasəti və layihənin sosial təhlükəsizlik tələblərinə cavab verməsinin təmin olunması sahəsində təcrübə;
• Milli sosial qanunvericiliyi yaxşı bilmək;
• Azərbaycan dilini mükəmməl, ingilis dilini sərbəst bilmək, o cümlədən ingilis dilində hesabat hazrırlamaq bacarıqlarına malik olmaq; və
• Kompüter biliklərinə malik olmaq.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan və İngilis dillərində tərcümeyi-hallarını (CV) aşağıdakı elektron ünvana təqdim etməlidirlər: [email protected]

Maraqların ifadəsi üzrə bildiriş  D/28.0-MX. Sənədlər cari ilin dekabr ayının 2-i saat 18:00-dək qəbul edilir.