Baş Mühasib

  • Karmen MMC
  • Elanın qoyulma tarixi: 13.11.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ŞİRKƏT:  “KARMEN” MMC

VƏZİFƏ:   BAŞ MÜHASİB

ÖHDƏLİKLƏRİ:

 Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmalıdır.
 Əmək və nizam-intizam qaydalarına riayət etməlidir
 Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin  təşkili və nəzarət etdirilməsi.
 Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir.  
 Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir.
 Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etməli.
 İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etməli.
 Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etməli.
 Banklara ssudalar üzrə borcların müəyyən olunan vaxt ərzində verilməsinə nəzarət etməli.
 Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb kompüter proqramına daxil olunmasına nəzarət etməli.
 Müştərilərdən köçürmə yolu ilə firmanın hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etməli.
 Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etməli.
 Fəaliyyəti ilə əlaqədar əməliyyatların aparılması və işlərin görülməsi ilə bağlı işəgötürənə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıyır.
 Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etməlidir.
 Fəaliyyəti ilə əlaqədar digər strukturlarla əlaqələndirməni təşkil etməlidir.
 Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etməlidir.
 Tabeçiliyində olan işçilərin firmanın strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika  qaydalarına riayət etmələrini təmin etməlidir.
 Əməyin mühafizəsi, əmək-nizam intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigeniya və mülkü-müdafiə qaydalarına riayət olunmasını təmin etməlidir.
 Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməlidir.
 Fəaliyyətinə həvəslə yanaşmalı, yaradıcı, enerjili, intizamlı təşkilatçılıq, kommunikabellilik nümayiş etdirməli, peşəsi ilə bağlı yeni texniki biliklər və təcrübələr toplamalı, sosial, təşkilati və fərdi psixoloji ovqatı qavramağı bacarmalıdır.

TƏLƏBLƏR:

 Mühasibatlıq üzrə rəhbər vəzifələrində işləmiş və maliyyə sahəsi üzrə başqa vəzifələrdə 5 (beş) ildən az olmayaraq iş stajına malik olmalı
 Üç dildə yüksək səviyyə(yazi , oxu və danışıq)-Azərbaycan dili, İngilis dili və Rus dili
 Qida istehsalı və paylanması sahəsində təcrübəsi olmalı
 Mühasibatlıq proqramlarından peşəkar istifadə bacarığı olmalı
 Yüksək ünsiyyət və təqdimat bacarığına malik olmalı
 Yüksək idarəetmə, konfliktlərin həll olunması bacarığına malik olmalı
 Yerli qanun və qaydaları yüksək səviyyədə bilməli
 Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat  BS / MA dərəcə

CV-ləri “Baş Mühasib“ mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. 

Karmen MMC tərəfindən digər vakansiyalar