Kimyaçı laborant

İşin təsviri

Vəzifə: Kimyaçı laborant

Vəzifə funksiyası:

1. Laboratoriya mütəxəssisinin tapşırığı və nəzarəti altında laboratoriya testlərini müəyyən edilmiş proseduralara əsasən vaxtında və keyfiyyətlə həyata keçirmək;
2. Testlərin icrası zamanı müşahidələri, nəticələri müəyyən edilmiş qayda ilə səliqəli şəkildə qeyd etmək;
3. Testlərin icrası zamanı keyfiyyət proseduralarına riayət etmək, bu zaman yaranan qeydləri qayda ilə səliqəli şəkildə, tam dolğun aparmaq;
4. Avadanlıqların istifadəsi zamanı onları yoxlamaq, kalibrə etmək, avadanlıqların dövri qulluq qaydalarına riayət etmək, bu zaman yaranan qeydləri qayda ilə səliqəli şəkildə, tam dolğun aparmaq;
5. İş prosesi ərzində yaranan istənilən uyğunsuzluq barəsində birbaşa laboratoriya mütəxəssisinə məlumat vermək;
6. Laboratoriya mütəxəssisinin tapşırığı və nəzarəti altında nümunələrin götürülməsi və laboratoriyaya çatdırılması;
7. Test proseduruna uyğun olaraq laboratoriya ləvazimatlarının, qablarının hazırlanması (yuyulması və s.);
8. Rəhbərliyin tapşırığı və nəzarəti altında sənədlərin hazırlanması.

Vəzifə maaşı: İlkin əmək haqqı 400 AZN (işçinin ilkin bacarıqlarından asılı olaraq)+mükafatlar.

Cinsi: Qadın

Yaş həddi: 20-35

Təhsili: Ali təhsilli. İxtisasının kimya, fizika olması arzuolunandır

İş qrafiki: Ay ərzində 20 gün olmaqla 08:30-17:30-dək; 1 saat nahar fasiləsi (Nahar şirkət tərəfindən qarşılanır)

İşin icra ediləcəyi məkan: Bakı, Salyan şossesi. Azecolab Company MMC-nin əsas laboratoriyası

Tələblər:

Çevik, yenilikləri qəbul edən, öyrənmək və müxtəlif layihələrdə iştirak etmək üçün həmişə hazır və həvəsli olan, özünü ən azı növbəti 3 ildə laboratoriya fəaliyyətində görən bir işçi olmalıdır.
Texniki bilikləri (kimya və fizika sahəsində) yüksək səviyyədə olmalıdır.
Laboratoriya təcrübəsinin olması arzuolunandır.
İngilis dilində ixtisasına uyğun mətni oxuyub başa düşməyi bacarmalı, öz fikirlərini aydın izah etməyi bacarmalıdır.
Müsahibə üçün işçi Bakıdakı laboratoriyaya dəvət olunacaq.

Vakansiyaya yalnız CV vasitəsilə müraciət etmək lazımdır. CV aşağıda qeyd olunan mail ünvanına göndərilməlidir:

E-mail: [email protected]

Tel: 012 310 02 00/ 012 310 03 00

QEYD: ELANI DIGƏR SAYTLAR ICAZƏSIZ ŞƏKILDƏ GÖSTƏRILƏN MÜDDƏTDƏN ARTIQ ÖZ SƏHIFƏLƏRINDƏ YERLƏŞDIRDIYI HALDA HƏMIN SAYTLARA ELANIN YERLƏŞDIRILDIYI HƏR ƏLAVƏ GÜNƏ GÖRƏ MÜVAFIQ MƏBLƏĞDƏ CƏRIMƏ TƏTBIQ OLUNACAQ.