Satınalmalar üzrə Mütəxəssis

  • Aztexnika
  • Elanın qoyulma tarixi: 09.11.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Satınalmalar üzrə Mütəxəssis

Vəzifə öhdəlikləri

- Bütün satınalma fəaliyyətinin təşkili
- Tələblərin tamlığının və düzgünlüyünün tam yoxlanması
- Aidiyyatı şöbədəki uyğunsuzluqların izlənilməsi və aşkara çıxarılması
- Tələb olunan hər bir məhsula görə mövcud təchizatçıları müəyyən etmək
- Planlaşdırılmış sifarişləri təhlil etmək,alınmış məhsullar üçün tələblərin hazlırlanması və təsdiq prosesini idarə etmək
- Təsdiq olunmuş satın alma sifarişlərini nəql etmək və təchizatçıları müvafiq sənədlərlə təmin etmək
- Sifarişləri izləmək,çatdırılma tarixini,xərcləri təsdiq etmək
- Sifarişlər başa çatana kimi satın alınmış məhsulları təhlil etmək,yeniləmək və saxlamaq
- Rəhbərlik  tərəfindən verilən tapşırıqların icra edilməsi

Namizəd barədə tələblər

Ümumi tələblər
- Ali təhsil (İqtisadi, mühəndislik və təchizat sahəsində təhsili olanlara üstünlük veriləcək)
- Sürücülük vəsiqəsinin olması üstünlükdür
- Yaş həddi 25-35

Bilik və təcrübə
- Dil bilikləri: Azərbaycan dili, ingilis dili  əla səviyyədə
- İş təcrübəsi: 3-5 il (müvafiq sahə üzrə)
- Ms. Office proqramlarını bilmək
- İşi ilə bağlı ezamiyyətlərdə getməkdə çətinliyi olmamaq
- Əmanət edilmiş maddi və texniki vəsaitlərə və təqdim etdiyi hesabatların düzgünlüyünə cavabdehlik daşımaq

Bacarıq
- Effektiv şifahi məlumat vermə və dinləmə
- Təfərrüatlara diqqət yetirmək və yüksək səviyyədə dəqiqlik
- Təzyiq altında işləmək
- Bazar araşdırması edə bilmək
- Vaxtı idarə etmək
- Səmimi, nəzakətli və səbirli yanaşma

İş şərtləri

- İş qrafiki - 6 günlük
- Əmək haqqı – 700-1000 AZN
- Nahar şirkət tərəfindən verilir
- Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir
- Telefon limiti şirkət tərəfindən qarşılanır

Namizədlərdən CV-ni mövzu yerində “Satınalmalar üzrə Mütəxəssis” qeyd etməklə [email protected]  ünvanına göndərmələri xahiş olunur.