Təchizatçı Menecer

  • Embawood
  • Elanın qoyulma tarixi: 07.11.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 20 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.

Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.
Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.

Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.

İş yeri: Bakı, Azərbaycan

Vəzifə adı: Təchizatçı Menecer

Iş qrafiki: 5 günlük / saat 08:30 – 17:30

Işin təsviri:

- Şirkətin strategiyalarını inkişaf etdirmək və qorumaq üçün əsas təchizatçılarla inkişaf əlaqələri qurmaq və müntəzəm olaraq onlarla əlaqə saxlamalı;
- Sifarişləri təqib etməli, sifarişlərin vaxtında və düzgün çatdırılmasını təmin etməli
- Müştəri sorğularına əsasən tələb olunan qablaşdırmanı proqnozlaşdırmalı;
- Şirkət və satıcılar arasında münasibətlərin eyni zamanda yarana biləcək problemlərin həll olunması;
- Komanda ilə işləmə bacarığı;
- Hesab faktura və ödənişlə bağlı məsələlərin həll olunması;

Tələblər:

- Ali təhsil;
- Təchizat sahəsində 3 illik iş təcrübəsi;
- 1C və Excell proqramında işləməyi bacarmalı;
- Stress altında işləməyi bacarmalı;
- Məsuliyyətli, təşəbbüskar və zamanında qərar qəbul etmək bacarığı olmalı;
- Azərbaycan,Rus,İngilis və Türk dillərini mükəmməl bilməli;

Yaş həddi: 23- yaşdan yuxarı

Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı ”Təchizatçı Menecer“ qeyd edib bu ünvana göndərəsiniz  [email protected]

İşəgötürənin reytinqi