İnformasiya texnologiyaları departamenti - Mütəxəssis

  • Embawood
  • Elanın qoyulma tarixi: 19.10.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 20 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.

Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.
Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu.

Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.

Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.

İş yeri  : Bakı, Azərbaycan

Vəzifə adı:   İnformasiya texnologiyaları departamenti-Mütəxəssis

Iş qrafiki : 5 günlük / saat 09:00 – 18:00
Işin təsviri : MC office,Transact SQL, java və yaxud c# proqramlarında işləməyi bacarmalı;

Tələblər:

- Ali təhsil;(tətbiqi riyaziyyat və avtomatlaşdırma sahəsində)
- IT sahəsində 2 il iş təcrübəsi
- Azərbaycan və Rus dillərini bilməli;
- İşə diqqətlə yanaşan
- Komandada işləməyi bacaran

Yaş həddi: 20 - 45 yaş

Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı ”İnformasiya texnologiyaları departamenti-Mütəxəssis“ qeyd edib bu ünvana göndərəsiniz  [email protected]

İşəgötürənin reytinqi