Aparıcı texnik

  • eManat
  • Elanın qoyulma tarixi: 28.09.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya: Aparıcı texnik

İş yeri: “Modenis” MMC (eManat)
İş qrafiki: 5 gün tam, 6-cı gün yarım iş günü
Əmək haqqı: Qarşılıqlı razılaşma ilə təyin olunacaq.

Tələblər:

- Ali təhsil;
- Yaş həddi: 30-40;
- Dil bilikləri: Azərbaycan (Rus və İngilis dili bilmək arzu olunandır);
- Windows 7, 8,10 əməliyyat sistemləri üzrə nəzəri və praktiki biliklər;
- MS Office 2003/2007/2013 (Word, Excel, Outlook, Power Point) üzrə nəzəri və praktiki biliklər;
- Məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Bütün görülən işlərə detallı şəkildə yanaşmaq.

Vəzifələr:

- Self Kios (Ödəmə terminalı) avadanlıqlarında qeydə alınan nasazlıqların aradan qaldırılması istiqamətində operativ və təxirəsalınmaz tədbirlərin görülməsi;
- Aylıq və rüblük hesabatlar əsasında mütəmadı təkrar olunan problemlərin aradan qaldırılması və terminal hissələrinin daha effektiv və səmərəli istifadəsi istiqamətində tədbirlər və təkliflər planının hazırlanması;
- Terminal avadanlıqlarının və proqram təminatının yenilənməsi zamanı müxtəlif testlərin aparılması üçün test ssenarilərin hazırlanması və aparılmış testlərin nəticələri barədə birbaşa rəhbərliyin məlumatlandırılması.

Maraqlanan şəxslər cv-lərini [email protected] ünvanına “Aparıcı texnik” başlığı ilə göndərə bilərlər.


 

İşəgötürənin reytinqi