Korporativ Satış Mütəxəssisi

  • FloorEx
  • Elanın qoyulma tarixi: 08.09.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Korporativ Satış Mütəxəssisi

FloorEx şirkəti Avropa istehsalı olan bir sıra brendlərin (döşəmə məhsulları) Azərbaycanda rəsmi distribüteridir.

Ətraflı məlumat üçün www.floorex.az saytına daxil olun.
 
Əsas məlumatlar
 
İş qrafiki: Həftə ərzində 5 gün, saat 10:00-19:00
Əmək haqqı: Sabit hissə + bonus

Vəzifə öhdəlikləri:

•       Satışların artırılması məqsədi ilə şirkətin təklif etdiyi məhsul və xidmətlərin təqdimatını həyata keçirmək
•       Bazarın təhlili, korporativ müştəri haqqında informasiyanın toplanması və yeni müştərilər ilə əlaqənin qurulmasını təmin etmək
•       Gün ərzində keçirdiyi görüşlər və danışıqlar barədə gündəlik qeydləri aparmaq və hesabatlar hazırlamaq
•       Potensial müştərilərin axtarılması və yeni müştərilərin cəlb edilməsi
•       Müştəri etirazları ilə işləmək və bu etirazların həlli zamanı ortaya çıxan problemləri həll etmək

Tələblər

•       Tikinti materiallarının korperativ satışında ən azı 1 il satış təcrübəsi mütləqdir
•       Döşəmə məhsullarının korperativ satışında təcrübə böyük üstünlükdür
•       Kollektivdə işləməyi bacarmaq
•       Müştərilərlə ünsiyyət qurmağı bacarmaq
•       Etik davranış qaydalarına riayət etmək
•       Azərbaycan dili mükəmməl, Rus və Ingilis dillərini normal səviyyədə bilmək vacibdir
•       Kompyuter biliklərinin olması arzu olunandır

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Korporativ Satış Mütəxəssisi” mövzusu altında [email protected] elekton ünvanına göndərə bilərlər. Tikinti materialları satışı sahəsində təcrübəsi olmayan namizədlərin CV-lərinə baxılmayacaq.