Bank “BTB” ASC-nin Biznesin inkişafı departamentinin Direktoru vəzifəsinə işə qəbul elan edir
Biznesin inkişafı departamentinin Direktoru
İş barədə məlumat:
Bankın fəaliyyətinin dövlət orqanları ilə səmərəli qurulması üçün lobbiçilik işləri həyata keçirir.
Bankın SWOT təhlilini aparır, zəif tərəflər və təhlükələr barədə məlumat hazırlayır.
Ehtiyac olduqda alternativ strategiyalara keçid üzrə İdarə Heyətinə və Strateji Plan Qrupuna təkliflər verir.
Bankın strateji hədəflərinin yerinə yetirilməsinin təmin olunması üçün əməliyyat planlarının hazırlanması və icrası üçün layihə qrupları yaradılması barədə İdarə Heyətinə təkliflər verir.
Strateji, əməliyyat və maliyyə planlarının uzlaşmasını həyata keçirir.
Bankın beynəlxalq əlaqələrini qurur və idarə edir.
Xarici banklar və beynəlxalq maliyyə institutları, reytinq və audit şirkətləri, ödəniş sistemləri və bankın fəaliyyəti ilə bağlı digər xarici dövlət, kommersiya və ictimai qurumlarla əlaqələr yaradır.
Davamlı sürətdə bankdaxili proseslərin təhlilini təşkil edir və onların daima optimallaşdırılması və səmərəliliyinin artırılması üçün tədbirlər görür.
Bankdaxili prosedur və təlimatların, habelə digər bütün növ normativ xarakterli sənədlərin hazırlanmasını və təkmilləşdirilməsini əlaqələndirir.
Bankın biznes proseslərində ortaya çıxan maraqlar toqquşması və onların aradan qaldırılması barədə təkliflər verir.
Departamentin işini planlaşdırır və təşkil edir, bankdaxili siysət və qaydalarda, habelə idarəetmə orqanları tərəfindən departamentə həvalə edilmiş işlərin yerinə yetirilməsini təşkil edir.
Bankdaxili qaydalara müvafiq olaraq, departamentin fəaliyyəti barədə hesabatlar hazırlayır.
Departamentin, digər struktur bölmələri ilə fəaliyyətlərini əlaqələndirir.
İdarə Heyətinin strateji inkişaf ilə əlaqədar ona həvalə etdiyi digər vəzifələri həyata keçirir.
Namizədə tələblər:
ali iqtisadi və ya biznes təhsili;
ən azı 3 il strateji planlaşma və ya biznes proseslərin idarə edilməsi sahəsində bank təcrübəsi;
Azərbaycan, rus, türk və ingilis dil bilikləri;
ünsiyyət qurma bacarığı;
satış bacarığı;
yaradıcılıq bacarığı;
strateji düşünmə və analitik təhlil bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 12.09.2016-cı il tarixinə qədər [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Biznesin inkişafı departamentinin Direktoru) qeyd edilməsi xahiş olunur.