Layihə işləri üzrə Koordinator

  • Aztexnika
  • Elanın qoyulma tarixi: 03.08.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

LAYIHƏ İŞLƏRI ÜZRƏ KOORDINATOR

ƏMƏK FUNKSİYASI:

 Layihə tələblərinin müəyyənləşdirilməsi üçün görüşlərin keçirilməsi;
 Görüşlərin nəticəsi barədə hesabatların hazırlanması;
 Özündə bütün tapşırıqları və cəlb olunmuş tərəfləri əks etdirən layihənin icrasına dair cədvəlin hazırlanması;
 Layihə barədə təqdimatların hazırlanması;
 Layihə ilə bağlı xərclərin ödənilməsi üçün maliyyə tələbnamələrinin hazırlanması;
 Layihədə iştirak edən digər podrat şirkətlər tərəfindən yönəldilmiş tələblərin vaxtında icra olunmasını təmin etmək;
 Layihə prosesində yarana biləcək bütün ləngimələrin və problemləirin aradan qaldırılmasını təmin etmək;
 Layihə iştirakçıları tərəfindən icra olunan proseslərə nəzarət edilməsi və tövsiyələrin verilməsi;
 Layihənin uğurla başa çatdırılması üçün lazım olan işçi qrupunun yığılması;
 Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirilməsi.

NAMIZƏDƏ TƏLƏBLƏR:

 Ali təhsil;
 Layihə işlərində 1 ildən az olmayaraq iş təcrübəsi;
 Dil bilikləri- Azərbaycan, ingilis, rus;
 Kompüter biliyi- MC Office.

Namizədlər öz CV– lərini  [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adı (Layihə işləri üzrə koordinator) qeyd olunmalıdır.