Təminat və satınalmalar sektorunun Aparıcı Mütəxəssisi

İşin təsviri

Maliyyə Bazarlarına Nəzarət Palatası

Vəzifə: Təminat və satınalmalar sektorunun Aparıcı Mütəxəssisi

Namizədə dair tələblər:

• Ali təhsil;
• Analoji sahə üzrə 3 il iş təcrübəsi;
• Beynəlxalq və yerli səviyyədə yazışmaların aparılması bacarığı;
• İntensiv rejimdə və komandada işləmək bacarığı;
• Təqdimat və ünsiyyət bacarığı;
• Səlis Azərbaycan, orta səviyyədə ingilis və rus dili bilikləri;
• İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

İşin təsviri:

• Təminat və satınalmalar üzrə bazarı təhlil edir, potensial iddiaçıları araşdırır;
• İddiaçılardan gələn təklifləri araşdırır və təhlil edir;
• Bağlanmış satınalma müqavilələrinin şərtlərinə əməl olunmasına nəzarət edir;
• Palatanın struktur bölmələrinin fəaliyyətinə lazım olan  maddi ehtiyatların, hesablama texnikası ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının təchizatına nəzarət edir;

Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini [email protected] elektron ünvanına müraciət etmələri xahiş olunur. Müraciət etdiyiniz vəzifənin adının email-in mövzu (subject) hissəsində qeyd olunması mütləq tələbdir.