KSƏTƏM üzrə Mütəxəssis

  • Hydroserv Caspian
  • Elanın qoyulma tarixi: 18.07.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

KSƏTƏM üzrə Mütəxəssis

Vəzifə üzrə öhdəlikləri:

• Şirkətdə Təhlükəsizliyin İdarəetmə sistemini yaratmaq və onun tətbiqini təmin etmək;
Şirkətin bütün  işçi heyətini  təhlükəsizlik qaydaları ilə tanış etmək və qanuna uyğun olaraq onlara riayət edilməsini təmin etmək;
• Yeni işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək və bununla əlaqədar dərslikləri tərtib etmək;
• Təhlükəsiz iş şəraiti  yaratmaq və şirkətdaxili siyasət yeritmək;
• Sahədə təhlükəsizlik proqramını həyata keçirmək /tətbiq etmək
• İş görülən hər bir sahəyə müntəzəm səfərlər etmək, iş sahəsində bütün təhlükələr haqqında məlumat vermək və insanların sağlamlığına olan təhlükələrə və / və ya təhlükəsizlik şəraitinə adekvat şəkildə nəzarət olunmasını təmin etmək;
• Sahə işlərinin yoxlanılması hesabatlarını hazırlamaq;
• Görülən işlərin şirkətin yürütdüyü siyasət və prosedurlara uyğunluğunu yoxlamaq;
• Əməyin təhlükəsizliyi istiqamətində şirkətdaxili tədrislər keçirmək;
• İş şəraitində risklərin qiymətləndirilməsi və ona uyğun tədbirlərin görülməsi;
• İş şəraitinin, avadanlıqların və təcrübələrin təhlükəsizlik standartlarına və dövlətin tələblərinə uyğunluğunu təmin etmək məqsədi ilə onları təftiş etmək və qiymətləndirmək;
• Təhlükəsizlik üzrə təlimat və təhsil proqramlarını aparmaq və orada təhlükəsizlik əşyalarından istifadə qaydalarını göstərmək;
• Şirkətin Keyfiyyətin İdarə olunması proqramının tətbiq olunması və şirkətdaxili auditin keçirilməsi.
• Şirkətdə  keyfiyyətə nəzarət sistemini, ətraf mühitin qorunması və  əməyin, sağlamlığın mühafizəsi  sistemini yaratmaq və  tətbiq etmək;
• Zərərli maddələrin toplanmasını və saxlanılmasını təmin etmək;
• Keçirilmiş daxili yoxlamaları qeydə almaq və üzə çıxmış qayda pozuntuları ilə bağlı tədbirlər keçirmək;
• İşçilər ilə mütamadi təhlükəsizlik mövzularında tədrislərin təşkili, İş icazəsi,  Risklərin Qiymətləndirilməsi kimi təlimləri keçirmək;

Əsas Tələblər:

• Ali Təhsil
• Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
• Müvafiq sahədə sertifikatların olması
• Yüksək səviyyədə ingilis dil biliyi

Əmək haqqı : işçinin bilik və təcrübəsindən asılı olaraq 1000-1500 AZN arasında olacaqdır.

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerinə  “KSƏTƏM üzrə Mütəxəssis” qeyd etməklə [email protected]   elekton ünvanına göndərməyiniz xahiş olunur.