Mühasib

  • Hydroserv Caspian
  • Elanın qoyulma tarixi: 10.07.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Hesab-fakturaları, qaimə-fakturaları və digər xərc sənədlərini hazırlamaq (tərtib etmək) və icra etmək;
•  Sənədləri yoxlamaqla maliyyə əməliyyatlarını təsdiqləmək və ödənişləri həyata keçirmək;
•  Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;
•  Qanunvericiliyə uyğun dövlət orqanlarının tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil edilməsi və hesabatların işlənib hazırlanmaq və təqdim etmək;
• DSMF, vergi və s. hesabatların hazırlanması,
• İlkin sənədlərin qanunvericiliyə uyğun tərtib edilməsi;
• Görülmüş işlərin maya dəyərinin hesablanması
• Debitor ve kreditor hesablarının aparılması və onlara nəzarət

Tələblər:

• Ali tehsil
• Müvafiq sahədə minimum 1 il iş təcrübəsi   
•  İngilis dil biliyi
• 1C programında işləmək bacarığı
• Xanım namizədlərə üstünlük veriləcək

Qeyd : Əmək haqqı 500 Azn Net.

Maraqlanan namizədlər mövzu yerində “mühasib” yazmaqla öz CV-lərini [email protected]  ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər interyuya dəvət olunacaqlar.