Auditor

  • İDC 2000 MMC
  • Elanın qoyulma tarixi: 26.06.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Auditor

“İDC 2000” MMC  şirkəti  Unilever, Evyap  gündəlik tələbat məhsullarini Azərbaycanda topdan satışını təşkil edir.

İş barədə məlumat

- Strategiya və İnvestisiya Komitəsinə hesabatın hazırlanmasında iştirak etmək
- Strateji planlarını, büdcələrini təhlil etmək və təkliflər vermək
- layihələrdə iştirak etməklə departamentin direktoru və menecerlərinə dəstək vermək
- Təqdim olunan hesabatları təhlil etmək və rəy bildirmək
- Audit Komitələrinin/Təftiş Komissiyalarının tapşırıqları əsasında xüsusi audit yoxlamalarında iştirak etmək
- Daxili audit xidmətlərinin hesabatlarını və digər sənədləri təhlil etmək və müvafiq sənədləşməni aparmaq
- Kənar auditlə bağlı hesabatları təhlil etmək və müvafiq sənədləşməni aparmaq
- Maliyyə, iqtisadi, mühasibat uçotu, hesabatlılıq, audit və digər sahələrə dair araşdırma və təhlil aparmaq və nəticələrə dair məlumat vermək
- Rəhbərliyə hesabatları, memorandumları, təqdimatları və sair sənədləri hazırlamaq və təqdim etmək
- Tabeçiliyində olan işçilərə iş həcmini müəyyən edib tapşırıqlar vermək, onların icrasını təmin etmək
- Tabeçiliyində olan işçilərə gündəlik işlə bağlı təlimatlandırma keçirmək və onların fəaliyyətini qiymətləndirmək
- Departament direktorunun və menecerlərin cari tapşırıqlarını icra etmək

Namizədə tələblər

- İqtisadiyyat, mühasibatlıq, audit və ya maliyyə sahəsində bakalavr və ya daha yuxarı ali təhsil
- Maliyyə, mühasibatlıq, daxili audit, xarici audit və ya digər oxşar sahələrdə ən azı 2-3 illik təcrübə
- Daxili nəzarət və qiymətləndirmə prosedurları haqqında dərin biliklər
- MS Office (Word və Excel) yüksək səviyyədə bilik
- CIA, ACCA/CPA ixtisas dərəcələrinin mövcudluğu üstünlük  hesab edilir
- Müstəqillik və obyektivliyi saxlamaq bacarığı
- Güclü tədqiq və təhlil etmə bacarığı, nəticələrin təqdim edilməsinə fəal yanaşma
- Hesabatların hazırlanması bacarıqları
- Azərbaycan dili danışıq və yazı qabiliyyəti mükəmməl
- Tək və komandada işləmək bacarığı
- Bir neçə işin öhdəsindən eyni vaxtda gələ bilmək və tapşırıqların vaxtında yerinə yetirilməsi

Şəxsi Nəqliyyat Vasitənin mövcudluğu

Əmək haqqı:  Razilaşma ilə

İş vaxtı – Həftə içi 9.00-18.00.  6cı gün 9-00-15-00

E-mail: [email protected]

Diqqət: Məktubun mövzusunda vəzifənin adı (elanın başlığındakı kimi) mütləq qeyd olunmalıdır.
Əlaqə yalnız müvafiq namizədlərlə saxlanılacaq.

İDC 2000 MMC tərəfindən digər vakansiyalar