Bank “BTB” ASC Kreditlərə nəzarət departamentinin Kreditlərin ekspertizası şöbəsinin baş mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
Kreditlərə nəzarət departamentinin Baş Mütəxəssisi
İş barədə məlumat:
• Kredit və girov bazarlarını mütəmadi olaraq təhlil etmək və kreditləşmə proseslərinin Bankın strategiyasına uyğun olaraq təkmilləşdirilməsi üzrə təkliflərini Kreditlərin ekspertizası şöbəsinin rəhbərinə vermək;
• Akkreditiv və qarantiyalar üzrə müraciətləri qiymətləndirmək;
• Akkreditiv və qarantiyaları hazırlamaq və onların uçotunu aparmaq;
• Kredit sifarişlərinin qiymətləndirilməsinə yenidən baxmaq;
• Müştərilərin gəlir mənbəyini analiz etmək;
• Satışların artırılması məqsədilə təkliflərini Kreditlərin ekspertizası şöbəsinin rəhbərinə vermək;
• Bankdaxili qaydalara uyğun olaraq, ehtiyac olduqda girovların (ipoteka) ilkin qiymətləndirilməsində iştirak etmək;
• Birbaşa rəhbəri tərəfindən həvalə edilmiş tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər:
• ali iqtisadi təhsil;
• kredit sahəsində azı 2 il bank təcrübəsi;
• analitik qabiliyyət;
• İngilis, azərbaycan, rus dillərini bilmək;
• səmərəli ünsiyyət qurma bacarığı;
• işgüzar ünsiyyət etikası;
• komandada işləmə qabiliyyəti;
• Microsoft Office proqramlarında işləmə qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30.06.2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Kreditlərin ekspertizası şöbəsinin baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.