Yay Təcrübə Proqramı

İşin təsviri

3 Aylıq Təcrübə Proqramı

“Optimal Elektronika” MMC  şirkəti karyerasına başlamaq istəyən universitet,  texnikum və kollec tələbə və məzunlarını  Təcrübə Proqramına dəvət edir. Proqramının davam etdiyi bütün dövr ərzində təcrübəçilər  korporativ davranış və yazışmalar kodeksi, kreditlərin verilməsi qaydası haqqında informasiya ilə tanış olacaq, eləcə də effektiv satışlar texnikası, kreditlərin verilməsi zamanı risklərin qiymətləndirilməsi, borcalanın balansının maliyyə təhlili və sairə  kimi mövzularda biliklərə yiyələnəcəksiniz.

Təcrübə proqramı haqqında məlumat:

- Potensial müştərilərin tapılması.
- Yeni müştərilərin axtarışı, potensial müştərilərin müəyyənləşdirilməsi və onlarla əlaqələrin yaradılması
- Keçirilən aksiya və kampaniyalar haqqında müştəriləri məlumatlandırmaq
- Sifariş formasının tam doldurulması
- Gündəlik hesabatların verilməsi
- Müştərilərə kreditlə satış şərtləri haqqında ətraflı informasiya verilməsi və onların gəlirlərinin təhlil olunması
- Hər bir müştəri cəlbindən edilən satış üçün bonus qazanmaq şansı
 
Namizədə tələblər

- Universitet, texnikum,  kollec  tələbə və məzunları
- Komanda şəklində işləmək, güclü ünsiyyət və danışıq aparmaq qabiliyyəti, dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
- Əsasən xanım namizədlərə üstünlük verilir
- Satış qabiliyyəti olan
- Müştərini inandırmaq bacarığı olan
- Stresə davamlı

Uyğun namizədlər  mövzu bölməsində "Təcrübə Proqramı" yazıb, CV-ni [email protected]  və  [email protected]  e-mailinə göndərməyiniz xahiş olunur (Şəkilsiz CV-yə baxılmayacaq)

İşəgötürənin reytinqi