Sahə Rəisi (Çirkab Su Təmizləmə Qurğuları)

  • Ramco MMC
  • Elanın qoyulma tarixi: 05.06.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşəgötürən: Ramco MMC

Vəzifə: Sahə Rəisi (Çirkab Su Təmizləmə Qurğuları)

Salary : 2000-2500 AZN

İşin təsviri:

- Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin plana və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq;
- İşçi briqadalarının iş bölgülərini təyin etmək və lazımi tapşırıqları vermək;
- Tələb olunan bütün materialları, avadanlıqları yığmaq və onların müvafiq məqsədə uyğunluğunu yoxlamaq;
- Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
- Görülən işlərin hesabat halında Rəhbərliyə bildirilməsi.

Tələblər:

– İnşaat mühəndisliyi üzrə ali təhsil;
– Çirkab su təmizləmə qurğularının tikintisi sahəsində ən azı 3-5 il iş təcrübəsi;
– Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək;
– Diqqətli,çevik və məsuliyyətli olmaq;
– Yaş 30-45 arası

İş qrafiki: 

- Bazar ertəsi – Şənbə(6 gün):  9:00  - 18:00
- İş yeri Şabran rayonunda yerləşir

Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini [email protected]  ünvanına  mövzu yerində “Sahə Rəisi” yazaraq göndərə bilərlər. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslər intervyu üçün dəvət olunacaqlar.