1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətdir.
“Azərsun Holding” MMC sahib olduğu şirkət idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə xalqa xidmət etməkdədir.
Azərsun Holdinq “Mühasib” vəzifəsi ilə bağlı vakansiyanı açıq elan edir.
Tələb olunan xüsusiyyətlər:
• Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
• Mühasibatlıq sahəsi üzrə təcrübə (minimum 2 il);
• Vergi məcəlləsini bilməli;
• 1C, Logo Unity, MS Office (xüsusilə MS Excel) proqramlarını bilməli;
• Müəssisədə mühasibat uçotunun forma və metodlarını bilməlidir.
İş barədə məlumat:
• Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
• Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunmasına nəzarət
edilməsi, gündəlik balansın və dövriyyə məlumatlarının yoxlanılması;
• Hesablamaların yoxlanılması və dəqiqliklə hesablar sisteminə köçürülməsi;
• Alqı - satqı müqavilələrinin hazırlanması;
• Qaimə Fakturaların hazırlanması EVFF-ın göndərilməsi;
• Bank - kassa əməliyatlarına nəzarət.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “Mühasib” qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.