Müfəttiş / İT Audit Şöbəsi

  • Bank of Baku
  • Elanın qoyulma tarixi: 31.05.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Bank haqqında

Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti 1994-cü ildə yarandığı andan bu günə kimi öz fəaliyyətinin bir neçə fundamental istiqamətinə sadiq qalır. Bank pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznesi dəstəkləyir və müştəri xidmətləri keyfiyyətinin artırılmasına davamlı səy göstərir.

Bank of Baku” bir çox bank məhsul və xidmətlərinin Azərbaycanda tətbiqində və dünyanın qabaqcıl bank təcrübəsinin ölkədə yayılmasında “pioner” rolunu oynayıb. Məhz “Bank of Baku” hissə-hissə ödənişli kredit kartlarını ölkədə ilk dəfə kütləvi dövriyyəyə buraxdı, istehlak kreditlərinin rəsmiləşdirmə şərtlərini xeyli sadələşdirdi, daimi müştərilər üçün imtiyazlar klubu təsis etdi və s.

Cəmiyyət qarşısında öz məsuliyyətini dərk edən “Bank of Baku” çoxsaylı sosial layihələr həyata keçirir. Təhsil sahəsində əməkdaşlığa, həmçinin xüsusi qayğıya ehtiyacı olan insanlar üçün müxtəlif layihələrin həyata keçirilməsinə prioritet diqqət yetirilir. Bankımız haqda daha ətraflı məlumatı http://www.bankofbaku.com/ saytından əldə edə bilərsiniz.

Vəzifə: Müfəttiş

Departament/şöbə: Daxili Audit Departamenti, İT Audit Şöbəsi

Əsas vəzifə və öhdəliklər

 Təsdiq edilmiş illik plana əsasən bankın İT struktur bölmələrinin hərtərəfli auditinin aparılması;
 Bütün növ bank əməliyyatları üzrə İT təhlükəsizliyin yoxlanılmasının təşkili;
 Elektron informasiya sistemləri və bank xidmətləri də daxil olmaqla, maliyyə və idarəedici informasiya sistemlərinin yoxlanılması və qiymətləndirilməsinin təşkili;
 İT fəaliyyətlərin səmərəliliyinin və  effektivliyinin qiymətləndirilməsi;
 Bankın fəaliyyətində istifadə edilən İT standartlarının tətbiqinin qiymətləndirilməsi;
 Bankda İT sahəsi üzrə mövcud olan daxili nəzarət sistemlərinin adekvatlığının qiymətləndirilməsi;
 İT nəzarət sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
 Audit zamanı aşkar edilmiş istisnalar və nöqsanlar haqda yekun qərar qəbul edilməsi üçün əlavə araşdırmaların aparılması.

Seçim meyarları

 Ali təhsil (texniki, iqtisadi)
 Sahə üzrə 1-3 il iş təcrübəsi
 Sistem adminstratorluğu, İT təhlükəsizliyi, COBIT, COSO standartları üzrə biliklər
 Yüksək təhlil qabiliyyəti
 Təzyiq altında işləmə bacarığı
 Azərbaycan dili - əla, rus və ingilis dilləri – yaxşı
 MS Office proqramları ilə işləmə bacarığı

İş şərtləri

 Iş vaxtı: 5 iş günü, 09.00-18.00
 İş yeri: Baş Ofis
 Əmək haqqı: net min. 1000 AZN

Müraciət üçün son tarix: 30/06/2016

Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində Audit sözünü qeyd etməyi unutmayın!

İşəgötürənin reytinqi