2 №-li forma və texniki hesabatlar üzrə mühəndis

İşin təsviri

“AS Qrup İnvestment” MMC-yə Tikinti planlama departamentinə 2 №-li forma və texniki hesabatlar üzrə mühəndis vəzifəsinə işə qəbul elan edir.

İşin təsviri:

2 №-li forma və texniki hesabatlar üzrə mühəndis bilməlidir:

- Tikinti materialların növləri və xüsusiyyətlərini;
- Tikintinin  texnologiyasını;
- Tikinti norma və qaydalarını, material sərfi formalarını
•  2№-li forma üzrə hesabat
• Texniki və material hesabatlarını
• Layihələr üzrə yığım cədvəli
• Faktiki yerinə yetirilən işlərin smeta sənədləri ilə müqayisə və təhlil etmək
• Smeta sənədlərin hazırlanması üçün ümumi tikinti işlərin həcmlərinin təhlili və hesablanması.
• Tikinti norma və qaydalarında nəzərdə tutulmayan yeni tikinti materialları sərfiyyatın normalarını hazırlamaq
• Tikinti-quraşdırma işlərin gedişi haqqında rəhbərliyə hesabatın hazırlanması
• Əmək və icra intizamına, əməyin mühafizəsinin qayda və normalarına, istehsalatda sanitariya və gigiyena tələbələrinə, yanğın təhlükəsizləyinə riayət etmək.

Əmək haqqı

• Əmək haqqı: Sınaq müddəıtində- 800, sınaqdan sonra - 1200 AZN
• İş rejimi:  9:00-18:00, İstirahət günü- bazar    
 
Namizədə qarşı tələblər:

• Təhsil:  Ali texniki təhsilli;
• İxtisas:  Mülki sənaye tikinti;
• Dil bilikləri:  Azərbaycan dilini sərbəst bilməli və rus dili bilməsi arzuolunandır;
• Kopyuter bilikləri:  MS ofice, Word, Excell, Autocad  proqramlarında işləməyi bilməli;    
• İş stajı: Bu sahə üzrə 3-5 il iş təcrübəsi;  
• Yaş həddi: 30-55;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində  [email protected]  elektron ünvanına göndərə bilərlər. Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Xalqlar dostluğu xiyabanı 11, məhəllə 2135/2136;

Telefon (012) 511 13 08, mobil: 050 291 88 20, 050 313 53 66

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (2 №-li forma və texniki hesabatlar  üzrə mühəndis) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Qeyd: Hörmətli “JOPSEARCH.AZ” MMC-nin rəhbərliyi nəzərinizə çatdırıram ki, sizinlə 30.10.2015-ci il, ASİ/X/193/15 saylı xidmət müqaviləsi bağlanmışdır.