Mühafizəçi

İşin təsviri

Vəzifə: Mühafizəçi

Vəzifə funksiyası:

1. AZECOLAB-ın yerləşdiyi məkanın mühafizəsini həyata keçirmək;
2. Binaya kənar şəxslərin girişinə imkan verməmək, giriş zamanı onlardan sənəd tələb etmək və AZECOLAB-ın müəyyən etdiyi qayda ilə ziyarətçinin qeydiyyatını və təlimatlandırılmasını təşkil etmək,
3. Iş saatlarında binaya daxil olan qonaqları binanın daxilində müşayət etmək
4. Qeyri-iş saatlarında və qeyri-iş günlərində binaya kənar şəxsləri buraxmamaq
5. Binaya daxil olan və binadan çıxan bütün şəxslərin (o cümlədən işçilərin) qeydiyyatını aparmaq;
6. Bütün qeyri-standart hadisələr və AZECOLAB ərazisi yaxınlığında şübhəli şəxslər barəsində rəhbərliyə xəbər vermək;
7. AZECOLAB ərazisinin təhlükəsizliyini təmin etmək;
8. AZECOLAB-a məxsus olan avtomobillərin gündəlik sürülmə ünvanlarını qeyd emək, avtomobillərə gündəlik baxış formasını sürücülərdən tələb etmək. Avtomobillərin təhvili zamanı onların vəziyyətini qiymətləndirmək, ehtiyac olduqda vəziyyəti nümayiş etdirmək üçün avtomobilin şəklini çəkmək (avtomobil səliqəsiz vəziyyətdə əraziyə qaytarılarsa, hər hansı nasazlıq və ya əzik müşahidə olunarsa);
9. Şirkətə daxil olan və şirkətdən göndərilən məktubların qeydiyyatını aparmaq;
10. Qeyri-iş saatlarında AZECOLAB-a daxil olan nümunələri qəbul etmək, onların temperaturunu ölçmək və onları soyuduculara yerləşdirmək və bu barədə rəhbərliyə xəbər vermək;
11. AZECOLAB-ın təhlükəsizlik qaydalarına riayət etmək, təhlükəli şərait yaradan istənilən iş barəsində rəhbərliyə xəbər vermək və həmin işi dayandırmaq;
12. AZECOLAB-ın verdiyi fərdi mühafizə vasitələrindən, o cümlədən mühafizəçi formasını qaydası ilə istifadə etmək (iş ərazisində həmişə səliqəli, təmiz formada olmaq lazımdır);
13. Şirkətin ehtiyatlarından şəxsi məqsədlər üçün istifadə etməmək
14. Mühafizəçi məntəqəsindən işi əvəzedici mühafizəçiyə təhvil verdikdən sonra istirahət etmək

Vəzifə maaşı: 460 AZN

Cinsi: Kişi

Yaş həddi: 25-55

Tələblər:

Məsuliyyətli, mühafizəçi sahəsində təcrübəsi olması arzuolunandır

E-mail: [email protected] / [email protected]

Tel: 012 310 02 00/ 012 310 03 00