Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Dünya Bankı ilə birgə həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi çərçivəsində İnformasiya texnologiyaları üzrə texniki dəstək qrupunun rəhbəri vəzifəsi üzrə
MÜSABİQƏ ELAN EDİLİR
Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:
• İnformasiya texnologiyaları, kompüter, riyaziyyat və ya əlaqədar sahədə ali təhsil;
• İnformasiya Texnologiyalarını texniki dəstəyi, xidməti, informasiya təhlükəsizliyi və ya buna oxşar sahədə ən azı 5 illik iş təcrübəsi;
• Kompüter avadanlıqlarına texniki dəstək/xidmət və informasiya təhlükəsizliyi sahələri üzrə mükəmməl biliklər, biznes proseslər, informasiya sistemləri, şəbəkə infrastrukturuna dair biliklərə malik olmalı;
• Microsoft MCP/MCSE/MCSA sahələri üzrə təlim sertifikatları və diplomlar, habelə ITIL, COBIT, PMP professional sertifikatlara malik olan namizədlərə üstünlük veriləcək;
• Azərbaycan dilini mükəmməl bilməli və ingilis dilində ünsiyyət qurmaq bacarıqları.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan və İngilis dillərində tərcümeyi-hallarını (CV) 31 may 2016-cı il saat 18:00-dək aşağıdakı elektron ünvana təqdim etməlidirlər: [email protected]
Maraqların ifadəsi üzrə bildiriş B.2/3.4-MX